ABŞ-ın Nyu-Cersi ştatında yerləşən MetLife stadionunda keçirilən 2026-cı il FIFA Dünya Kubokunun final oyununun fasiləsində səhnəyə çıxan dünya şöhrətli sənətçilərə ödənilən qonorarlar məlum olub.
İngiltərənin "The Sun nəşrinin yaydığı məlumata görə, Dünya Kubokunun rəsmi mahnısı "Dai Dai"ni ifa edən kolumbiyalı müğənni Şakira ən yüksək qonorar alan sənətçi olub.
Bildirilir ki, 16 "Grammy" mükafatı laureatı olan ifaçı çıxışına görə 17,5 milyon avro qazanıb.
Şakiranı 14 milyon avro qonorarla kanadalı müğənni Castin Biber və amerikalı-fransız aktyor Timoti Şalame izləyib.
Fasilə şousunda iştirak edən digər məşhurların qonorarı isə belə olub:
- Şakira – 17,5 milyon avro
- Castin Biber – 14 milyon avro
- Timoti Şalame – 14 milyon avro
- Liza – 10,4 milyon avro
- Kim Kardaşyan – 9,3 milyon avro
- Madonna – 4,6 milyon avro
- Bruklin Bekhem – 1,2 milyon avro
- Süzan Boyl – 600 min avro
Beləliklə, Dünya Kuboku finalının fasilə şousunda çıxış edən ulduzlara ümumilikdə 71,6 milyon avro qonorar ödənildiyi bildirilir.
"AzPolitika.info"

Şərhlər