Fevralın 17-də Moskvada Rusiya və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar baş tutub.
“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan xarici işlər naziri Ara Ayvazyanın qısa işgüzar səfəri zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin bütün aspektləri barədə hərtərəfli müzakirə aparılıb.
“Əsas diqqət hərbi əsirlərin mübadiləsi, humanitar yardım, regionda nəqliyyat əlaqələrinin bərpa edilməsi, habelə baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu vasitəsilə səylər kontekstində məsələlərini müzakirəsinə ayrılıb”, - məlumatda deyilir.
Görüş zamanı Cənubi Qafqazdakı vəziyyət nəzərə alınmaqla regional və beynəlxalq gündəmin aktual məsələləri müzakirə edilib.


Şərhlər
Əcabə Rusiya özünün forpostunu nə zamandan xarici bir ölkə gözündə görməyə başlayıb. İndi bununla Rusiya nə demək istəyir. Rusiya baş verənlərdən sonra əcabə nə zamana kimi Qarabağı Ermənistanla "müzakirə” edəcək. Qaldı “Ermənistan “ və Azərbaycanın gələcək müştərək əlaqələri ilə bağlı xüsusən də komunkasiyaların berpası məsələlərinə, onu da hər iki ölkənin birgə görüşlərində müzakirə olunmalıdır. Yox ki, bu tazı Aranı çağırıb, moda mindirməlidir. Amma onu da deyim ki, xu xəbərdə sadalanan məsələrdən başqa orada hər şey danışılıb. Sadəcə sızan xəbərlər yanıltmaq üçün bir azdırmadır.