Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin milyonluq villası və avtomobili üzə çıxıb.
Uunikal.org xəbər verir ki, rektor Fuad Hacıyev Xətai rayonunda yaşadığı mülkün yaxınlığında daha bir villa alıb. Bu mülkün qiyməti 1 milyon manat dəyərindədir.
Bununla yanaşı, F. Hacıyev 440 min manata (259 min dollar) son model “Range Rover” markalı avtomobil alıb. Rektor “10 CN 394” dövlət nömrə nişanlı “Range Rover”i həyat yoldaşı İbrahimova Cəmilə Məmmədəli qızının adına rəsmiləşdirib. Fuad Hacıyev isə sözügedən avtomobili etibarnamə ilə idarə edir.



Şərhlər
Bu qoca qurd Ağacan Əbiyevdir nədir onun pul yığanıdir.Köpünü alacaqlar.
malades
Fuad Hacıyevin həyat yoldaşı məşhur bir pəhlivanın qızıdır və onların pulu əzəldən olub.F.Hacıyevin Daş Salahlıda daş karyeri var.30 ildən çoxdur ki,işlədirlər.Ona görə də nəyisə almağa görə onu günahlandırmaq doğru deyildir.
Bu universitete illerle telebeler bu prinsipi ile daxil olub - Qabiliyyet " imtahani" + gulunc balla. Bu rektor mashin, villa almasin, bes kim alsin?
O rüşvət filan almır. Biznesi var. Bildiyim qədər, hətta biznesindən gələn pulu da institutun inkişafına sərf edir
Ay "maşallah", bu rektorun ə/haqqı nə qədərdi ki, ev+maşın=1,5 milyon, bu görünən tərəf, bəs görünməyən...