Menu

Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - FOTOLAR

18.02.2021, 22:03
Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib - FOTOLAR

Fevralın 18-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib.

"Report" xəbər verir ki, forumda iki qardaş ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər iştirak ediblər.

Biznes forumun sonunda hökumət üzvləri və iş adamları arasında əməkdaşliqa dair 11 sənəd imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol