Menu

“Azərbaycanlı qardaşlarımızın yanında olacağıq” - Tükiyəli nazir

19.02.2021, 00:15
“Azərbaycanlı qardaşlarımızın yanında olacağıq” - Tükiyəli nazir

“Qarabağın işğaldan azad edilməsi hamımız üçün böyük xoşbəxtlik və motivasiya mənbəyi olub”. “Report” xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Biznes Forumunda çıxışı zamanı Türkiyənin ticarət naziri Ruhsar Pekcan deyib.

Onun sözlərinə görə, Azərbaycanın zəfəri bölgənin ticari və logistik infrastrukturunu dəyişən tam yeni bir dövrün başlanğıcını yaradıb: “Həmişə olduğu kimi, bu yeni dövrdə də azərbaycanlı qardaşlarımızın yanında, onlarla tam iş birliyində olacağıq. Belə bir dövrdə Azərbaycanın Baş naziri Əli Əsədovun belə bir dəyərli nümayəndə heyəti ilə ölkəmizə səfəri hər zamankindən daha vacibdir”.

Nazir əlavə edib ki, dövlət başçılarımızın da qeyd etdiyi kimi, iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəflərimizdən biridir.

Şərhlər

Eli 2021-02-19 00:22:15

Qeyretine qurban olum Türkiyye Allah Türkiyyeni ve Türkleri qorusun.Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol