“Hazırda biz texnologiyaların böyük sürətlə dəyişdiyi Dördüncü sənaye inqilabı dövrünə qədəm qoymuşuq. Dördüncü sənaye inqilabı miqyası, mahiyyəti və mürəkkəbliyi baxımından bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir.
Bu baxımdan istənilən ali təhsil sisteminin qarşısında duran mühüm hədəflərdən biri də müasir inkişaf tendensiyalarını nəzərə alınmaqla elmi-tədqiqatların aparılması, keyfiyyətli elmi-tədqiqat məhsullarının əldə edilməsi və kommersiyalaşdırılmasına nail olmaqdır”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Milli Məclis” jurnalına verdiyi müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, ali məktəblərə “Tədqiqat universiteti” statusu verilməsi üçün ali təhsil müəssisələri qarşısında müvafiq tələblər qoyulub və hazırda bu istiqamətdə müvafiq işlər görülür: “Bu baxımdan bəzi ixtisaslaşdırılmış universitetlərdə klasterlər yaradılmalı, elmi nəticələrin istehsala tətbiqi stimullaşdırılmalı, təhsil-elm-istehsal əlaqələrinin səmərəliliyi yüksəldilməli, innovasiyaların kommersiyalaşdırılması, tədqiqat universitetinin yaradılması ilə bağlı qarşıda duran hədəflərə nail olunmalıdır”.


Şərhlər
Guya ad dəyişməklə İslahat aparırsan?cənab nazir daha vacib problemlər var.Onları həll et.Əgər edə bilmirsənsə postu tərk et .
Təhsildə eksperimentlər təhsili bərbad edib.Tələbə qəbullarının sayını artırmaq,düşük ballarla tələbə qəbulu etmək Ali təhsilin mənasını aşağı salmaqla yanaşı gənclərin gələcəyinə ağır zərbə vurub.Pullu təhsil ləğv edilməli,təhsil möhtəkilərinin önü kəsilməli və ölkəyə lazımi ixtisalarda lazımi sayda kadr hazırlanmalıdır.Fiktiv diplom verməklə işsizlər ordusu yaratmaq ölkə gəncliyinə xəyanətdir.çpt