Menu

Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin şəhid olduğu müəyyənləşib

20.02.2021, 12:54
Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin şəhid olduğu müəyyənləşib

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən gizirinin şəhid olduğu məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Şəmkir rayonunun Əliyaqublu kənd sakini, 1994-cü il təvəllüdlü Namazov Babək Səhman oğlu şəhidlik zirvəsinə yüksəlib.

O, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib.

B.Namazov oktyabrın 4-dən 5-ə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşmüşdü. Həmin vaxtdan ondan heç bir xəbər almaq mümkün olmayıb.

Allah rəhmət eləsin!

Şərhlər

Xalq 2021-02-20 19:44:33

Allah şəhid gizirimizə rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol