Ermənistanın paytaxtı İrəvan şəhərinin Azadlıq meydanında Baş nazir Nikol Paşinyan və onun komandasının istefası tələbi ilə mitinq keçirilib.

Mitinq Ermənistanın “Vətənin Xilası Naminə Hərəkatı”nın təşkilatçılığı ilə baş tutub. Mitinq hökumət binasının qarşısında başa çatıb.

“Daşnaktsütyun” partiyasının idarə heyətinin təmsilçisi İşxan Saqatelyan bildirib ki, bazar ertəsi bütün ölkə boyu itaətsizlik aksiyalarına başlamağı planlaşdırırlar. (APA)