PAŞİNYANI NECƏ DEVİRƏCƏKLƏR? - Müxalifət lideri "a" və "b" planlarını açıqladı

Fevralın 20-də İrəvandakı mitinqdə çıxış edən Ermənistan müxalif hərəkat liderlərindən biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanın istefasına nail olacaq "a" və "b" planlarını açıqlayıb. 

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadla xəbər verir ki, müxalifət Paşinyanı Qarabağdakı məğlubiyyətin səbəbkarı sayır. Manukyana görə, mitinqlərə nə qədər insan toplansa da Paşinyan könüllü istefa verməyəcək.

"Bu o deməkdir ki, onun güvəndiyini qırmaq lazımdır," - deyə o bildirib. Manukyana görə, baş nazirin güvəndiyi ilk qrup, problem qapılarını döyənə qədər dövlətin hansı yolla getdiyini anlamayan vətəndaşlardır. "Bu vətəndaşlara bu ölkədə nə baş verdiyini və nəyin baş verəcəyini izah etmək bizim borcumuzdur".

Müxalifət lideri güc stukturları ilə bağlı da fikirlər səsləndirib: “İkinci sütun güc strukturlarıdır. Bunlar, bəzən öz maraqlarından çıxış edərək dövlət vəzifələrini icra etdiklərinə inanan, bu gücə xidmət edərək Türk-Azərbaycan proqramının mənafeyinə xidmət etdiklərinin fərqində olmayan polislər, Milli Təhlükəsizlik Xidmətidir. Onlara qarşı sərt olmalıyıq, onları inandırmalı və həmişə onlara bir xilas yolu qoymalıyıq. Əmin olun ki, bütöv bir xalq şəhərdə uzun müddət dayansa, onlar könüllü olaraq xalqa qoşulacaq. Ancaq sərt və inandırıcı olmalısan”.

Manukyan Paşinyana güc verən üçüncü qüvvədən də danışıb. "Üçüncü qüvvə, parlamentdə Nikol Paşinyanın dayağı olan millət vəkilləridir. Onlara qarşı sərt, inandırıcı olmalısan və həmişə onlara bir xilas yolu qoymalısan”. Manukyan qarşıda duran problemləri həll etməyin yollarından birinin də davamlı nümayişlər olduğunu deyib: “Ermənistan qaynamalı, nümayişlər hər gün keçirilməli, şəhər iflic olmalı, tətillər olmalı, maşın konvoyları bütün Ermənistanı gəzməli, insanları etiraz etməyə, insanları birləşdirməyə və birlikdə Nikol Paşinyanın dayandığı sütunları sındırmağa çağırmalıdır. Bunun üçün iş, vaxt lazımdır. Ancaq "b" planı da var: hər an, istər bu gün olsun, istər bir həftədən, istər on gündən sonra, qiyam yolu ilə ildırım sürəti ilə hakimiyyəti almağa hazır olmalısan".

Manukyan “hər zaman “b” planına hazır olaraq “a” planı yolu ilə gedəcəyik” deyib. Bunun üçün əsas şərt "komitələr yerli olaraq, bütün kəndlərdə, bütün bölgələrdə, kollektivlərdə yaradılmalıdır," deyən Manukyan, meydana toplaşanlara xitab edərək "hazır olun, insanlar!" deyib.

Xatırladaq ki, "Çiçəklənən Ermənistan" parlament partiyası da daxil olmaqla, 15-dən çox siyasi partiyanın daxil olduğu Vətəni Qurtarmaq Hərəkatı, Baş nazir Nikol Paşinyanın istefasını və Vazgen Manukyanın müvəqqəti baş nazir seçilməsinin mümkün olduğu bir keçid hökuməti qurulmasını istəyir. Amma müxalifətin təxminən 1 il sonra keçirilməsini istədiyi erkən seçkilərdə Manukyanın özü iştirak etməyəcəyini bildirib. Müxalifət hərəkatına daxil olan partiyalar, Baş nazir Nikol Paşinyan və ya onun siyasi komandası tərəfindən təşkil ediləcək erkən seçkiləri qəbul etmilər. Bəyan edirlər ki, belə olsa seçkilər saxtalaşdırılacaq.

Hakim qüvvə nümayəndələri isə ədalətli seçkiləri təşkil edə bilməyəcəkləri fikrini rədd edərək hazırda Ermənistanda erkən parlament seçkiləri üçün heç bir ictimai tələbin olmadığını deyirlər.

"AzPolitika.info"

635x100

Şərhlər

Xalq 2021-02-22 19:25:52

bu dəfə də fikrinizdən müharibə keçsə bilin ki, təmiz qırılacaqsınız! ruslar da sizə kömək edə bilməyəcək!

Son yazılar