HAZIRDA İŞLƏYƏNLƏRİN YARISI GƏLƏCƏKDƏ PENSİYA ALMAYA BİLƏR - Ekspert səbəbləri açıqladı

“Hesablamalar göstərir ki, işsizlik və aşağı əmək haqqı səbəbindən Azərbaycanda potensial olaraq 2,5 milyon nəfər – əmək qabliyyətli əhalinin yarısı – hazırkı şərtlərlə və göstəricilərlərlə hətta 65 yaşına çatsa da belə onlara pensiya deyil, qocalıq müavinəti veriləcək”.

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.

Ekspert bildirib ki, Azərbaycanda hazırda işləyən 1 milyon 691 min 800 nəfərin yarısının – 845 min 900 nəfərinin maaşının 343 manat və ondan aşağı olması onların gələcəkdə pensiya almasında böyük çətinliklər yaradacaq.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün kişilərin 65, qadınların isə 62 yaşında ya 25 il sığorta stajı, ya da 28.800 manat minimum pensiya kapitalı olmalıdır. Bunladan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir.

Q. İbadoğlu qeyd edib ki, kimsə işsizdirsə və iş axtara-axtara qocalırsa və ya günəmuzd işləyirsə, rəsmi olaraq maaş almırsa, əmək müqaviləsiz çalışırsa o da pensiya ala bilməyəcək: “Qanuna görə, 25 il iş stajı olub, tələb olunan 28.800 manat pensiya kapitalını yığa bilməyənlər minimum məbləğdə pensiya alacaqlar. Odur ki, hər kəsin aşağı maaşla ən azı 25 il işləməsi gərəkdir.

Əgər kimsə işləyirsə ayda, 250 manat maaş alırsa, onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 38,4 il, ayda 300 manat maaş alırsa onun minimum pensiya kapitalını yığması üçün fasiləsiz 32 il, ayda 350 manat maaş alırsa onun mimum pensiya kapitalını yığması üçün fasiləsiz olaraq 27,4 il çalışması gərəkdir.

Bu hesablamalar, minimum pensiya məbləği 200 manat olduğu halda keçərlidir. Əgər minimum pensiya məbləği 250 manat olarsa, onda minimum pensiya kapitalı 36 000 manata, əgər mimimum pensiya məbləği 300 manata qədər artırlarsa onda minimum pensiya kapitalı 43200 manata qalxacaq.

Hazırda 28800 manat minimum pensiya kapitalını yığa bilməyənlər pensiyaya çıxa bilmirsə, onda 36 min manatı və ya 43200 manatı necə toplayacaqlar?”

“Bir tərəfdən istəyirik ki, minimum pensiya qalxsın ki, təqaüdçülərin yaşayışı yaxşılaşsın, digər tərəfdən də minimum pensiyanın artması başqalarının pensiyaya çıxmasını daha əlçatmaz edir”- deyə, iqtisadçı vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-02-23 14:11:14

Pensiya məbləğləri minimal məbləğ ilə maksimal məbləğ arasındakı fərq 2 dəfədən artıq olmamalıdır. Sovet dönəmində bu belə idi və mən hesab edirəm ki çox düzgün idi. Belə ki, insan pensiyaya çıxırsa sən bunları nə üçün kəskin fərqləndirirsən. Adam var 2-3 min manat pensiya alır, adam da var 100-200 manat demək fərq bəzi hallarda 10-15 dəfə edir. Birisi düşüb axarına Neft Şirkəti, Prokurorluq, Məhkəmə, DİN, Müdafiə Nazirliyi və s. və ya buna oxşar yerlərdə işləyib, yaxşı maaş alıb, dolanıb, o birisi iş tapa bilməyib tapıbsada maaşı yaxşı olmayıb və nəticə etibarı ilə az pensiya almalı olub. Aldığını aparıb dava-dərmana, həkimlərə paylayır, mənzilin kommunal ödənişləri, yeyim-geyim bir sözlə çatmır, çox alan isə hamısına çatdırır...bax budur sosial ədalətsizlik...

Roma 2021-02-23 11:08:53

Bu sahənin biliciləri "möhtərəm" əvəzedilməz iqtisadçı Səlim Müslümov və şair yazıçı dramaturq Əjdər Ol sahəni, yəni pensiya sistemini sistemsiz, anlaşılmaz, rüşvət və korrupsiya ocağına çevirdilər "...

Veteran 2021-02-22 22:42:25

Bu cəmiyyətimizə ciddi siqnaldır.

Фаик 2021-02-22 20:39:00

ANALOQU OLMAYAN NEFT ÖLKƏSİ !

Son yazılar