Menu

İrəvanda qumbara ilə valyutadəyişmə məntəqəsinə basqın-Foto

22.02.2021, 20:41
İrəvanda qumbara ilə valyutadəyişmə məntəqəsinə basqın-Foto

Ermənistan daxilindəki gərginliklər bu ölkədə kriminal hadisələrə də stimul verməkdədir. Son günlər davamlı şəkildə Qarabağdan daşınan silah-sursatların ələ keçirildiyi barədə məlumatlar yayılır. Fevralın 22-də isə İrəvanda silahlı soyğunçuluq hadisəsi baş verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, üzünü tibbi maska ilə örtmüş, əlində qumbara tutmuş şəxs paytaxtdakı valyutadəyişmə məntəqəsinə soxulub.

Basqın edən şəxs içəridəkiləri təhdid edərək, pulları götürüb və aradan çıxıb. Baş verən hadisə ilə əlaqədar ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol