"Planet məhv olur, münasibəti dəyişmək vaxtıdır" - BMT

Birləşmiş Millətlər Təşkilatı (BMT) planetimizdə ekoloji situasiyanı əks etdirən168 səhifə həcmində «Təbiətlə barışıq» adlı hesabat dərc edib. Sənəddə Yer planetində iqlim dəyişikliyi barədə son elmi məlumatlar yer alıb.

Hesabatda həm də təsdiqlənir ki, maddi fayda əldə etmək istiqamətində permanent canatma şəraitində insanlar, nəhayət, «təbiət kapitalı»nı qiymətləndirməyi öyrənməlidirlər («CNN»).

«Biz, həddindən artıq uzun müddət təbiətlə mənasız və özünəqəsd səciyyəli müharibə apardıq - BMT Baş katibi Antoniu Quterriş bəyan edib - Nəticəsi isə bir-biri ilə qarşılıqlı bağlı olan ekoloji böhrandır - iqlimin pozulması, biomüxtəlifliyin itirilməsi və çirklənmədir ki, fərd olaraq insanları təhdid edir».

«Biz, öz sağlamlığımızı və rifahımızı risk altına alaraq, planeti məhv edirik» - BMT-nin ətraf mühit üzrə Proqramının icraçı direktoru bildirib.

Dünya planetin razılaşdırılmış müdafiəsi məqsədlərinə çatmaqdan xeyli uzaqdır. Fərdlər və ekosistemlər hər zaman olduğundan sürətlə yoxa çıxır, baxmayaraq ki, onların müdafiəsi üzrə qlobal öhdəliklər qəbul olunur. Hesabatda göstərilir ki, ozon qatının yavaş-yavaş bərpa olunmasına baxmayaraq, bəşəriyyət Paris sazişi ilə nəzərdə tutulmuş qlobal istiləşməni dayandırmaq üçün oriyentiri itirib.

Sənəddə xəbər verilir ki, planetdə havanın orta temperaturu bu yüzillikdə 3 dərəcə (Selsi) qalxa bilər ki, bu da bəşəriyyət üçün fəlakətlə nəticələnər. Heyvanların və bitkilərin mövcud olan 8 milyon növündən, bir milyondan artıq növü yox olmaq təhlükəsi ilə üz-üzədir. İnsanlar artıq bu gün təkcə hava kataklizmləri şəklində olduğundan da yüksək bədəl ödəyirlər.

Hesabata görə, hazırda dünyada xəstəliklərin dörddə biri ətraf mühitlə bağlı nəticələrdən qaynaqlanır. Havanın çirklənməsi ilə bağlı xəstəliklər hər il 6,5 milyon vaxtsız ölüm gətirir. Daha 1,8 milyon insan başlıca olaraq, təmiz suyun olmamasından ölür.

Mümkündür ki, hazırda bütün bunları dəyişməyin ən yaxşı vaxtıdır, nədən ki, dünya pandemiyadan sonra yenidən doğulur. Hesabatda deyilir ki, öz siyasətlərini yenidən işə salmağı düşünən hökmətlər təbiəti öz prioritetlərinə çevirə bilərlər.

«Covid-19 pandemiyası ilə bağlı böhran ona stimul verir ki, cəmiyyət dayanıqlı gələcəyə keçid barədə yenidən düşünsün. İqtisadi və maliyyə sistemləri bəşəriyyətin təbiətdən ala biləcəyi xeyli faydaları nəzərə almaq gücündə deyil, onunla ağıllı idarəçilik və onun balansını saxlamaq stimullarını təmin etmir. Daxili məcmu məhsul (DMM) kimi ənənəvi göstəricilər ətraf mühitin deqradasiyası və ya təbiət kapitalının ixtisarı səbəbilə yaranan itkiləri adekvat şəkildə nəzərə almır» - hesabatda deyilir.

Quterriş həm də deyib: «Sadəcə, iqtisadi siyasət sahəsində düşüncənin dəyişməsinin nə qədər əhəmiyyətli olduğuna bir neçə misal gətrə bilərik: biz, DMM artımını böyük miqdarlarda balıq ovlayarkən görə bilərik. Biz, təbiəti məhv edirik, amma biz, bunu rifahımızın artması kimi qəbul edirik. Biz, meşəni qırarkən, DMM-in artımını görürük. Biz, təbiəti məhv edirik, amma bunu DMM-in artımı hesab edirik».

AzPolitika.info

635x100

Şərhlər

Tahir 2021-02-23 00:17:15

1990-ci ildən planet yanır.İndi BMT bizim " pojarni"ya bənzəyir - yanıb qurtarandan sonra gəlib hay həsir salır.Yəni bu bəyanatın effekti bu qədərdir.Basqa müqayisə ilə BMT indi bizim ağsaqqallar cəmiyyəti kimi bir quruma oxşuyur.Ya da bizim Şeyxülislam Allahşükür kimi......

Tahir 2021-02-23 00:10:53

Bu çoxdan BMT deyil.BMT öz funksional vəzifə və öhdəliklərini ən azı bizim üçün 1990 -ci ildə unudub, itirib.Planet məhvi ondan baslayib.

Son yazılar