Menu

Xocalıda memorial kompleks yaradılması təklif olunub

23.02.2021, 11:24
Xocalıda memorial kompleks yaradılması təklif olunub

“Bu il Xocalı soyqırımının 29-cu ildönümüdür. Təklif edirəm ki, bununla bağlı gələcəkdə Xocalıda xüsusi memorial kompleks yaradılsın”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O həmçinin bildirib ki, bir çox ölkələr Xocalı soyqırımını tanıyıblar:

“Bu istiqamətdə Milli Məclisin parlamentlərarası işçi qrupları da fəaliyyətini davam etdirməkdədir”.

Şərhlər

Xalq 2021-02-23 12:58:10

Ay balam Xocalı ermənidən alınıb ki, siz memorial kompleks tikirsiz? Əvvəlcə Xocalını alın sonra hər şey tikmək olar.

t.ədalət 2021-02-23 12:25:23

Daha vacibi abidənin "Şəhidlər xiyabanı"nın girişində ucaldılmasıdır.Hazırda metronun "Xətai" stansiyası yaxınlığında gizli bir guşədə qoyulan abidə müsibətlərimizə ögey münasibətimizdən başqa bir şey deyildir....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol