Dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı artırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişikliklə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı artırılır.

Belə ki, qanun layihəsinə əsasən, 53 yeni narkotik vasitə və 27 psixotrop maddə həmin siyahıya əlavə edilib.

Həmin siyahı aşağıdakı kimidir:

1. "I siyahı. Narkotik vasitələr" fəslində:

1.1. 2-ci maddədə "duzlar" sözü "duzları" sözü ilə əvəz edilir;

1.2. 7-ci maddədə "qətranı" sözü "qatranı" sözü ilə əvəz edilir;

1.3. 9-cu maddədə "Xaş-xaş" sözü "Xaşxaş" sözü ilə əvəz edilir;

1.4. 12-ci maddədə "Marixuana-Kannabis" sözləri "Marixuana (kannabis)" sözləri ilə əvəz edilir;

1.5. 16-cı maddədə "Omnopon-pantopon" sözləri "Papaveratum (pantapon, omnopon)" sözləri ilə əvəz edilir;

1.6. 22-ci, 23-cü, 25-ci və 29-cu maddələr ləğv edilir;

1.7. aşağıdakı məzmunda 33-187-ci maddələr əlavə edilir:

Bitkilərin adı
1. Azərbaycan Respublikasında bitən lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər:1.1. tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri1.2. çətənə növlü bitkilər
2. Yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosları
3. Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər:3.1. kokain kolu3.2. kat

3.2. aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilir:

3.3. mimoza hostilis (Mimosa tenuiflora)1 ədəd (2 hissə)2 ədəd (3 hissə)

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar