Menu

"Bu, yanlış təfəkkürdür" - Nazirlik rəsmisi

23.02.2021, 13:21
"Bu, yanlış təfəkkürdür" - Nazirlik rəsmisi

“Bu gün cəmiyyətdə elə fikir formalaşıb ki, 65 yaş həddi çoxdur, əgər başıma nəsə gəlsə pensiya ala bilməyəcəyəm. Bu, yanlış təfəkkürdür. Qanunvericilikdə 3 pensiya növü varsa onun biri yaşa görədir. Digərləri isə əlilliyə görədir”.

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya Siyasəti və Fərdi Uçota Nəzarət Şöbəsinin müdiri Elnur Abbasov Yeni TV-yə müsahibəsində deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ölkədə 30 yaşında əlilliyə görə pensiya alan vətəndaşlar var:

“Vətəndaş istənilən yaşda pensiyaçı ola bilər. 65 yaşa çatıb yaşa görə pensiya almaq həddinə gəlinibsə deməli sağlamlığında problem olmayıb”.

Şöbə müdiri bildirib ki, 25 il sığorta stajı və 28 illik pensiya kapitalı tələbindən ikisindən biri olarsa pensiya almaq hüququ qazanır:

“Əgər vətəndaşın 25 ilə uyğun stajı yoxdursa, ancaq lazım olan kapitalı varsa yaşa görə pensiyaçı ola bilər. Əvvəl pensiyanın təyin olunması üçün sənəd toplanması üçün uzun müddət vaxt tələb olunurdusa, bu ilin yanvar ayının 1-dən pensiya yaşına çatan şəxslər avtomatik şəkildə topladığı kapitala uyğun olaraq pensiya təyin olunur”.

Şərhlər

vətəndaş 2021-02-23 16:35:57

Tarix nadiri oxuyanlar yalnız bu yazıdan baş çıxara bilər. Elnur müəllim fikrini tamamlaya bilməyib. Yaxud da jurnalist deyilənləri düzgün şərh etməyib. Görəsən hansı savadsızdır? Mən bilən jurnalist. Sual : mənim 40 il stajım var. 63 yaşım. Bu gün yaşa görə pensiya ala bilərəmmi?

Pensiyaçı 2021-02-23 14:59:47

Nağıl...Guya təyin etdiyinz pensiya ilə yaşamaq mümkündür İnsanlara stajından asılı olaraq eyni bölgü üzrə pensiya təyin olunmalıdır.Çecə olur ki, ömrü boyu rüşvətlə oğurluqla rahat yaşayan polis serjqntı ,pəisi istehsalatda ömrünü çürütmüş fəhlə və ya mühəndisdən dəfəəlrlə artıq pensiya alsın?Bunun kimi digər mənasız və məzmunsuz yüksək pensiya təyin edilənlər.Ölkədə vətəndaşlara fərq qoymaq.onların yaşamını qəsdən psləşdirmək yanlışdır.Hamıya eyni gözlə baxmaq vacibdir.

Mubariz 2021-02-23 14:07:54

bisavadlar ,əgər insan işləmirsə kapitalı Marks verəcək?

Xalq 2021-02-23 13:54:46

Biz pensiya yaşının 60-a salınmasının tərəfdarıyıq!

.EJDER 2021-02-23 13:37:45

YALAN DANIWANA LEHNET....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol