Menu

Deputat Kərki və Günnüt kəndlərinin Sədərəyə birləşdirilməsini təklif edir

23.02.2021, 13:33
Deputat Kərki və Günnüt kəndlərinin Sədərəyə birləşdirilməsini təklif edir

“İdarəçilik baxımdan Şərur və Sədərək rayonlarında edilən bu dəyişiklik məqsədə müvafiqdir. Bu addımın atılması faydalı olacaq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat İsa Həbibbəyli deyib.

Deputat bildirib ki, Dəmirçi kəndinin əhalisi öz işlərini daha asan və rahat həyata keçirə biləcək: “Sədərək və Dəmirçi çox yaxındır. Gələcəkdə düşmən əhalisinin yerləşdiyi, indi anklav vəziyyətdə olan Kərki kəndi və 2018-ci ildə azad edilən Günnüt kəndi də Sədərəyə yaxın yerləşir. Gələcəkdə bu məsələyə baxmaqla Sədərəyi mühüm strateji əhəmiyyətə malik olan rayona çevirmək olar”.

Şərhlər

t.ədalət 2021-02-23 19:15:53

Kərki və Künnüet kəndləri anklavda yerləşdiyinə görə Sədərəklə sərhəddə ermənistandan müvafiq ərazi götürülməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol