Türkiyə Aralıq dənizində miqyaslı təlim keçirəcək - Yunanıstana xəbərdarlıq?

Türkiyə fevralın 25-dən martın 7-nə qədər Aralıq və Egey dənizlərində genişmiqyaslı hərbi-dəniz təlimləri keçirəcəyini elan edib.

«Mavi Vətən-2021» öyrədici təlimlərində həm də Türkiyənin quru qoşunları və hərbi-hava qüvvələri iştirak edəcək. Bu barədə fevralın 23-də «Qazeta Greek Reporter» internet qəzeti yazıb.

Türkiyə hərb idarəsinin xəbərinə görə, təlimlərin məqsədi komanda-qərargah strukturlarının, hissələrin və Türkiyə Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olan gəmilərin hazırlıq durumunun qiymətləndirilməsindən ibarətdir.

Təlimlərdə 82 gəmi, 5 dəniz-patrul təyyarəsi, 12 dəniz helikopteri və pilotsuz uçaqlar hərəkətə gətiriləcək. Yekun mərhələdə sahilə desant- dəniz piyada bölmələrinin çıxarılacağı nəzərdə tutulur.

Təlimlərə həm də ümumi təyinatlı helikopterlər və Quru Qoşunları Komandanlığının zərbə vintli-qanadlı maşınları, çoxməqsədli “F-16” qırıcıları və N1K təyyarələri (xəbərdaredici və havadan nəzarət) qoşulacaq.

AzPolitika.info

635x100

Şərhlər

vetendash 2021-02-24 01:12:31

muasir dunyamizda qloballashma cox suretle gedir, yenilmez Turkiye dovletine qlobalister butun iyrenc metodlardan aktiv istifade edir, PKK terror shebeki, FETO shebekesi, qonsu dovletlerin bir coxu Turkiyenin artan nufuzunu, qudretini ve gucunu hezm eda bilmir, hetta dusmen movqeyi gosterirler...Yunanistana yerini gostermek lazimdir, yunan hokumeti heddini ashir, tebii ki bunun bir neca sebebi var.

Son yazılar