Menu

Qətlə yetirilən məşhur generalın polkovnik qardaşı vəfat etdi

24.02.2021, 12:39
Qətlə yetirilən məşhur generalın polkovnik qardaşı vəfat etdi

2009-cu ildə sui-qəsd nəticəsində qətlə yetirilən Azərbaycan hava hücumundan müdafiə və hərbi hava qüvvələrinin komandanı, general-leytenant Rail Rzayevin qardaşı, polkovnik Rafael Rzayev bu gecə dünyasını dəyişib.

Musavat.com-un məlumatına görə Rafael Rzayevin ölümünə qəfil ürək çatışmamazlığından yaranan infarkt səbəb olub.

Qeyd edək ki, Rafael Rzayev bir neçə il öncəyə qədər Müdafiə Nazirliyində şöbə rəisi işləyib. Eyni zamanda o, Şamaxı və digər bir neçə rayonun hərbi komissarı da olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol