PAŞİNYAN XALQIN QARŞISINA ÇIXDI! - "Çevriliş cəhdinin qarşısı alınıb + VİDEO(Yenilənib)

Ermənistanın baş naziri Nikol Paşinyan hökumət binasının qarşısında - Respublika meydanında toplanan tərəfdarlarının qarşısına çıxıb.

Baş nazir çevrilişin qarşısının alındığını açıqlayıb.

"Çevriliş cəhdi artıq nəzarətimiz altındadır", - o vurğulayıb.

***

"AzPolitika.info" nun məlumatına görə, Paşinyan polisə paytaxt İrəvanda və digər şəhərlərdə təhlükəsizliyi təmin etməyi tapşırıb. 

O, özünün "Facebook” səhifəsində Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərdiyini qeyd edərək, xalq dövlət çevrilişinə qarşı çıxmağa çağırıb. 

“Vəziyyət çox çətindir. Baş Qərargah rəisinin və onun birinci müavininin vəzifəsindən kənarlaşdırılması barədə qərar verdiyimi bilirsiniz. Bu qərarların səbəbini açıqlayacağam. İndi ən vacib vəzifə vətəndaş və xalq hakimiyyətinin qorunmasıdır”, - deyə o qeyd edib.

Artıq Paşinyanın tərəfdarları Ermənistan Müdafiə Nazirliyinin binası qarşısına toplaşır və "Qarabağ klanı"nın yenidən hakimiyyəti ələ keçirməsinə etiraz edirlər.

***

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

"Report" baş nazirin feysbuk səhifəsinə istinadən xəbər verir ki, o, tərəfdarlarını meydana çıxmağa çağırıb.

"Tərəfdarlarımızı elə indi Respublika Meydanına çıxmağa dəvət edirəm. Yaxın zamanda ictimaiyyətə canlı yayımda müraciət edəcəyəm", - o bildirib.

635x100

Şərhlər

t.ədalət 2021-02-25 13:27:37

Paşinyan ermənistanda ABŞ-ın mövqeyi deməkdir.Putin onu aşıra bilsə Rusiyanın vəziyyəti daha pis olacaq.Bildiyimiz kimi,ermənistan Rusiya bazasını yavaş-yavaş Azərbaycana tərəf itələyir.....Xankəndindəki rus ordusu ermənilərin yox,regionda Rusiyanın mövqeyini qoruyur...Kif rus ordusuna qucaq açsa özünü daha ağır bir iqtisadi duruma salacaq...r.Qərb bütün gücü ilə Rusiyanın fatihəsini oxumaqda davam edir. Vəzifələrə dürtdülən keçmiş komsomolçuları-rusistləri təcili tutduqları vəzifələrdən uzaqlaşdırmalıyıq....

Son yazılar