“Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək

Fevralın 26-da “Ana harayı” abidəsini ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, hər il olduğu kimi, bu il də xalqımız Xocalı soyqırımı qurbanlarının unudulmaz və əziz xatirəsini böyük kədər və hüznlə qeyd edəcək, vətəndaşlarımız anım mərasimlərinə qatılacaqlar.

"Lakin bu zaman onların koronavirus infeksiyasına yoluxma risqinin çox olmasını və mövcud karantin rejiminin tələblərini nəzərə alaraq bu il Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar paytaxtın Xətai rayonu ərazisində yerləşən abidəni ziyarət əvvəlki illərdən fərqli təşkil ediləcək. Belə ki, “Ana harayı” abidəsini ziyarət etmək istəyən vətəndaşlar mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar abidənin ətrafına beş nəfərlik qruplarla daxil olmalı və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxmalıdırlar. Abidənin ətrafında insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə “Ana harayı” abidəsi istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu tələblər yalnız vətəndaşların sağlamlıqlarının və təhlükəsizliklərinin qorunması məqsədi daşıyır və əminik ki, ziyarətçilər anlayışla qarşılayacaqlar", -məlumatda vurğulanıb.

635x100

Şərhlər

t.ədalət 2021-02-25 13:29:54

"Şəhidlər xiyabanı"nın girişində də bizi qətlə yetirən sovet-rus tanklarının şəkilləri verilməli,qatillərin kimliyi göstərilməlidir.

t.ədalət 2021-02-25 13:13:17

"Ana harayı" yox,"Xocalı harayı" doğrudur.Özümüzün gözdən-könüldən uzaq bir küncə atdığımız, qətliama uyğun gəlməyən məzmuna malik bu abidənin doğru bir yerə--heç olmasa bolşevik Ayna Sultanovanın heykəli olan yerə daşınmasına çalışmalıyıq.Dərdimizi daşa hörəndə də,gərək onun yerini və uyğunluğunu dəyərləndirək.Nə əcəb,YAP-çılar bu boyda səhvin fərqinə varmırlar?"Su parkı"nda "Dədə Qorqud"a qoyulan abidə də bu gündədir.Tarixi məzmununu ehtiva etmir.

Son yazılar