Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, telefon danışığı Rusiya müdafiə nazirinin təşəbbüsü ilə baş tutub.
Nazirlər Ermənistandakı vəziyyəti, Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlıları ilə bağlı məsələni müzakirə ediblər.


Şərhlər
Bəlli sennaridir.Mitinqlərdən bir nəticə hasil olmursa keçirlər təhdid, şantaj və yalan vədlərə.Lavrov, Soyuqu... Bunlardan da bir şey çıxmasa Putin zəng edəcək...Döz Pasik doz
Rusiya açıq-aşkar buynuzu ilə ermənistanı qarışdılrır.Paşinyan Putinin gözləntilərini suya saldığına görə narazılıqlar artıb.Putinçilik hər yerdə qarma-qarışıqlıq salmaq deməkdir.Biz ayıq olmasaq,yəni rusistləri yerində oturda bilməsək bizdə də belə vəziyət gözləniləndir.