Menu

Hərbçilərin maaşlarına əlavələr ediləcək

25.02.2021, 22:57
Hərbçilərin maaşlarına əlavələr ediləcək

“İşğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək. Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib”.

Bunu “Report”a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda hərbi qulluqçuların əməkhaqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək.

Deputat həmçinin bildirib ki, hərbçilərin əməkhaqqları ilə bağlı məsələ Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu edərək aidiyyəti komitə rəhbərlərinə məruzə edib: “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib”.

Şərhlər

Rehman feyziyev 2021-02-26 07:47:51

Boyuk Britaniyada herbichilere ayda 5 min funt sterling verilir ve ya 12500 azn.

Deputat 2021-02-26 00:15:52

Bütün hərbçilərin maaşları azı 2 dəfə, ön cəbhədə və XTQ də qulluq edənlərin isə azı 3 dəfə artırılmalıdır.

t.ədalət 2021-02-25 23:10:13

Başlıq düzgün seçilməyib.Hərbiçilərin yox,dağlıq ərazilərdə,çətin iqlim şəraitində xidmət edənlərin maaşlarına əlavələr ediləcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol