Menu

Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - Nazirlikdən AÇIQLAMA + VİDEO

26.02.2021, 13:05
Əgər pensiyaçı 12 ildən çox yaşayırsa... - Nazirlikdən AÇIQLAMA + VİDEO

Ölkə üzrə kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 62 yaş müəyyən edilib. Vətəndaşın topladığı sığorta kapitalı 12 il müddətinə bölünərək ona geri qaytarılır. Bəzi vətəndaşlar isə 12 ildən artıqdır ki, pensiya alırlar.

"AzPolitika.info" Xəzər TV-yə istinadən xəbər verir ki, 90 yaşdan yuxarı pensiya alanlar da az deyil.

Həmin vətəndaşlar ömürlərinin sonuna qədər pensiya ala biləcəklər. Bəs bu kapital necə formalaşır?

Azərbaycanda pensiyaçıların 54 faizi artıq 12 ildən çoxdur ki, pensiya alır. Ölkə üzrə uzunömürlü insanların sayının artması onların pensiya təminatına da təsir edir.

Hər bir vətəndaşın topladığı sığortahaqqının ona 12 il müddətində ödənməsi nəzərdə tutulur. Ancaq bəzi vətəndaşlar isə pensiyaya çıxdıqdan sonrakı müddətdə 12 ildən çox müddətdə pensiya alırlar. Bu insanların topladıqları pensiya kapitalı bitsə də, onların ödənişlərini Dövlət Sosial Müdafiə Fondunun vəsaitləri hesabına davam edir. 12 ildən artıq pensiya alanlar arasında yaşa görə pensiyaya çıxanlar daha çoxdur. Bu isə ölkə üzrə uzunömürlülük yaş həddinin artması ilə əlaqədardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov pensiya kapitalı toplayıb dünyasını dəyişən vətəndaşların yığdıqları kapitalın necə bölüşdürülüdüyü məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, heç kimin staj dövrü və topladığı vəsait itmir.

Elnur Abbasovun sözlərinə görə, hazırda ölkə üzrə 142 min nəfərə yaxın vətəndaşa ailə başçısını itirməyə görə pensiya verilir. Onlara təyin edilən pensiya ailə başçılarının illərdir yığdıqları kapital hesabına təmin edilir.

Şərhlər

Zulfuqar 2021-02-27 07:20:23

Siz de 12 ili tamam olanda necə olsun.bes pensiya almaga omru catmiyan sexselirn kapitali hara gedir?

Semed 2021-02-26 18:10:05

Ölkədə nə qədər şəkər stend taxılan xəstə var onlara pensiya düşmür Sahil Babayevin anasına analoji xəstəliyə görə dusur?

Cəmşid Dərələyəzli 2021-02-26 16:03:21

Məntiqsiz müsahibədi.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov öz təfəkkürü və əlində olan mövcud qanunlardan dolayı verdiyi bu müsahibə başa düşüləndi. Lakiin, Elnur bəyin təfəkkürü ona çatsa idi, bu eyibəcərlikləri doğuran səbəblərə də aydınlıq gətirərdi. Belə ki, Qanunverici hakimiyyət, zamanında elə qanunlar qəbul etməlidir ki, insanlar bütün əmək fəliyyətləri dövründə aldıqları əmək haqqına görə, təqaudə çıxandan sonra sosial sığorta hesablarında kifayət qədər vəsait olsun. Bunun üçün həm də Sosial Müdafiə Fondu bütün işlək əhalinin xidməti müqavilə ilə işləyənlərin də, əmək müqaviləsinə keçilməsi haqqında tələb irəli sürməli və bunun təsbit edilməsini də təmin etməlidir. Qanunvericilikdəki başqa boşluqları da day sadalamırıq. Yoxsa, bütün çatışmamazlıqları görməzdən gəlib, məsələnin həllində sadəcə təqüd yaşının qısıtlanmasını ön görmək vətəndaşlara edilən ən böyük haqsızlıqdır. Ömürünün 40 ilini işləməklə keçirən, vətəndaşın son ömürünü "nəzərdə tutulandan" artıq, yəni 12 ildən artıq yaşamasına təssüflə irad tutmaq, minnət gəlmək bu özlüyündə insanılığa sğmayan bir arqumentdir.Onda belədirsə, yaxşı olardı fond görəvlisi təqaüd yaşına çatmamış dünyasını dəyişənlərin fərdi hesabında qalan vəsaitlər haqqında da danışardı. Bu özlüyündə dilə gətirdiyiniz 12 ildən artıq təqaüd alanların təqüdünü kompensasiya etmirmi. Qaldı ki, hər bir ölkədə insanların uzun ömürlülüyü o ölkədə sosial vəziyyətin yaxşı olmasına dəlalət edir və o ölkənin inkişafının əsas ölçü meyarı sayılır. Nə yazıq ki, əksər məmurlar Ölkə Başçısının bu yöndə qarşıya qoymuş olduğu hədəfdən də bixəbərdilər. Çünki, xəbərdar olsa idilər, belə qonuşmazdılar.

Cövdət Verdiyev 2021-02-26 15:17:01

Nə qədər ağılsız və düşüncəsiz məlumatdır.Demək 77-yaşdan artıq yaşayanlar ölkə vətəndaşı deyillər və onların yaşaması ölkəyə ziyandır? Bu ağılla ölkəni bu güçə salmısınız.Nazirin də elə sən ağıldadır.....

Pensiyaçı 2021-02-26 15:14:16

Bu Nazirlik təmsilçisindən soruşmaq vacibdir ki, Azərbaycanda neçə faiz qadın 62 yaşa və neçə faiz kişi 65 yaşa çatır?Həmçinin bu yaşa çatmamış insanların pensiya kapitalı necə olur və kimlər yeyir? Ona görə bir məsləni araşdırmaq istəyəndə?ə gərə ağılla düşünəsən.Bu halda 77yaşdan sonra Alahın rzılığı ilə yaşamını davam edənlər necə dolanmalıdır?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol