Menu

Rusiyada koronavirusdan daha 439 nəfər ölüb

27.02.2021, 12:50
Rusiyada koronavirusdan daha 439 nəfər ölüb

Rusiyada son bir gündə daha 11 534 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 234 720 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 439 nəfər artaraq 85 743-ə yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol