Menu

“Günay Bank” ASC açıqlama yaydı - Mətbuatda əsassız yayımlanan məlumatlarla bağlı

01.03.2021, 12:15
“Günay Bank” ASC açıqlama yaydı - Mətbuatda əsassız yayımlanan məlumatlarla bağlı

“Günay Bank” ASC son həftə ərzinfə bir neçə Kütləvi İnformasiya Vasitələri səhifələrində Bankın fəaliyyəti ilə bağlı təqdim olunan əsassız məlumatlara cavab olaraq açıqlama təqdim etməyi zəruri bilmişdir.

Belə ki, məlumatlarda qeyd olunan göstəricilərin əksəriyyəti Bankın ictimaiyyətə təqdim etdiyi rəsmi hesabatlarla ziddiyyət təşkil edir.

“Günay Bank” ASC-nin ötən ilin əvvəlindən bugünə qədər davam edən pandemiya, həmçinin il ərzində yaranmış digərciddi vəziyyətlərin iqtisadi durumla bağlı yaratdığı çətinliklərə baxmayaraq milli və dövlət maraqlarımıza dəstək olan ianələrdən geri qalmadığı, bank öhdəliklərində heç bir axsaqlığın olmadığı, həm müştəri, həm də işçi kollektivinin bütövlüyünü qoruduğu ictimaiyyətimizə məlumdur.

Odur ki, “Günay Bank “ ASC bütün KİV-ləri əsası olmayan məlumatların paylaşılmasına dəstək olmamağa və Bank barədə istənilən məlumatı Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən dəqiqləşdirilərək yaymağa çağırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol