Menu

QHT-lərə Dövlət Dəstəyi Şurasındakı yoxlamalarla bağlı rəy Milli Məclisə daxil olub

01.03.2021, 15:30
QHT-lərə Dövlət Dəstəyi Şurasındakı yoxlamalarla bağlı rəy Milli Məclisə daxil olub

Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında həyata keçirdiyi yoxlamalarla bağlı rəyini Milli Məclisə göndərib.

Bu barədə “Report”a parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, rəy artıq parlamentə daxil olub: “Rəydə müəyyən pozuntularla bağlı məlumatlar öz əksini tapıb”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol