"METRO AÇILMAYACAQ, TOYLARA İCAZƏ VERİLMƏYƏCƏK..." - Deputat Operativ Qərargahı tənqid etdi

Millət vəkili Fazil Mustafa Nazirlər Kabineti yanında Operativ Qərargahı sərt tənqid edib. Deputat özünün "facebook" səhifəsindən paylaşımda bir neçə vacib məsələni gündəmə gətirib.

“Bir neçə dəfə gündəmə gətirdim: Əhali əziyyət çəkir. Metronu açın, toylara icazə verin, idman zallarını açın! Əminəm ki, pandemiya rejiminin tələblərini insanlar pozmayacaqlar.

Belə anlaşıldı ki, metro açılmayacaq. Toylara da icazə verilməyəcək. İdman zalları da açılmayacaq. Əslində bunlar çox sadə məsələdir”, - deyə, deputat bildirib.

Fazil Mustafa vəziyyəti qəlizləşdirən məqamları açıqlayıb: “Ancaq mürəkkəbləşdirmənin səbəbi var. Bilirsiniz niyə? Operativ Qərargah deyilən mifik bir yerdə vətəndaşların durumunu, ölkədə gerçək vəziyyəti, insanların psixoloji sarsıntısını anlayacaq dünyagörüşünə, təcrübəyə sahib mütəxəssis sıxıntısı var.

Demək, heyvandarlıqla məşğul olan bir sahibkar təsərrüfatının genişləndirilməsi və heyvandarlığın inkişaf etdirilməsi üçün landşaf dizayneri ixtisasında xaricdən mütəxəssis dəvət edib ki, gəlib mümkün ixtisaslaşmış fəaliyyəti gerçəkləşdirsin. Xarici vətəndaşın gəliş-gedişinə Operativ Qərargah icazə verməlidir.

Rəsmi qaydada müraciət edib icazə üçün Operativ Qərargaha. Bu Qərargahın da təsərrüfat nədir, sahibkar nədir bilməyən, isti otaqda oturub vaxında maaşını alan bir sektor müdiri müraciətə cavab verib ki, pandemiya şəraiti olduğuna görə həmin mütəxəssisin gəlməsinə icazə verilmir. Yəni hörmətli Hacıbala müəllimin işlətdiyi məşhur ifadə vardı ha, təqribən onun kimi bir məntiqə dayanan cavab. Bakının keçmiş meri necə deyirdi:

"Sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır!" Cavabın unikallığına baxın, pandemiya şəraiti olmasaydı, sahibkarın nəyinə lazım idi sizə müraciət etsin?

Ölkədə prezident sahibkarların çətin vəziyyətdə olduğunu nəzərə alıb dövlət büdcəsindən onlara yardım edilməsi üçün göstəriş verir, sahibkarlıq subyektlərinin yoxlanılmasının bir il də irəliyə qadağan olunması barədə qanun layihəsini parlamentə göndərir, buradakı məmur isə iş adamına necə ziyan vurum, vətəndaşın işini necə çətinləşdirim deyə ürəyi istədiyi addımı atır. Kimə anladasan, nəyi izah edəsən?”

AzPolitika.info

635x100

Şərhlər

Vətəndaş 2021-03-03 08:53:31

6-bazar avtobusların işləməməsi kasıb əhaliyə qarşı olan bir qərardır. Varlıların talançıl məmurların hərəsinini 20 dənə 200 minlik maşınları var.Ona görə də kacıb təbəqəyə qarşı bu yaramazlığı da edirlər. 5 gün korona gizlənir. 6-7 günlər peyda olur:

Veteran 2021-03-02 23:32:18

Bu qurumun başında duranlar 5-ci kolonun üzvüləridir. Bütün dünyada Səhiyyə nazirliyi özü görür.Bu qurum artıq miyarları xırıd edib.Nəticə isə sıfırdan aşağıdır.Qabaqdan yaz-yay gəlir cammatı yenə də dolduracaqlar 40 dərəcə istidə evlərə.Təcili bu quruma qarşı ciddi tədbirlər görülməli,onları korrupsiya əməllərinə görə cinayətə cəlb etmək vaxtı çatdı

OXUCU 2021-03-02 17:54:24

TOY ADƏTLƏRİMİZDƏ DƏYİŞİKLİK ETMƏK VAXTI ÇOXDAN ÇATIB.AVROPADAKI VƏ YA TÜRKİYƏDƏKİ KİMİ .XOŞBƏXTLİK HEÇ DƏ 3 GÜN TƏM TƏRAQLI TOY MƏCLİSİ KEÇİRMƏKLƏ OLMUR.BİZİM TOYLARDA HƏDDƏN ÇOX İSRAFÇILIQ VAR.TOY QURTARANDA STOLLARIN ÜZƏRİNDƏ QALAQ QALAQ YEMƏKLƏR QALIR.ƏSLİNDƏ QALMIR SƏHƏRKİ TOYDA KÖHNƏ YEMƏKLƏRİ CAMAATA VERİRLƏR.HƏDDƏN ARTIQ VARLANMIŞ TOYXANA SAHİBLƏRİ BİR DƏ İKİ EŞŞƏYİN ARPASINI BÖLƏ BİLMƏYƏN MÜĞƏNNİLƏR.ƏLBƏTTƏ Kİ BU HAMIYA AİD DEYİL.ONLARIN ƏKSƏRYƏTİ XALQIN HESABINA VARLANIB XALQİ SAYMIRLAR.BAHALI MAŞINLAR,GÖZQAMAŞDIRAN VİLLALAR,ÖZLƏRİN İSƏ BEŞ QƏPİKLİK QİYMƏTİ YOXDUR.BUDUR İNSANLARIN HİSSİYATINA TOXUNAN.

zahid 2021-03-02 15:05:33

fazil müəllim çox haqlıdırmetro təcili şəkildə açılmalıdır...

Azər 2021-03-02 13:42:39

Umumiyyətlə toy və yasların formatı dəyişməlidir. Bəli, mən də toyda ayaqüstü məclislərin keçirilməsinin tərəfindəyəm, Türkiyədəki kimi.

Azər 2021-03-02 13:38:41

Ümumiyyətlə toy və yasların formatı dəyişməlidir. BəliÇ

letif 2021-03-02 11:53:36

metronun acilmamasi heqiqi cox qeribe haldir insanlarimiz aftobuslarda basa ba-xestelenmirler????sla nece gedirler

İlqar 2021-03-02 11:39:31

Vallah sədərəkdə binədə nəinki adam heç maşın əlindən tərpənmək olmur Bunu görmür operativ qərərgah Bundan başqa 300-400 nəfərlik yerdə 100 nəfərlə hamısı da qohum toy etməyə icazə vernirlər amma 30 nəfərlik restoranlar 50 60 nəfərlə hamısı da yad adamlar fəaliyyət göstərir Ona görə də hamısı oyundur vəssalam

t.ədalət 2021-03-02 11:17:46

Metronun açılması bir az təhlükəlidir..... O ki qaldı taylara,evlənsinlər də.Gərək min nəfərlik məclis qurub toy evlərinin sahiblərini qudurtsunlar?Elə bilirəm ki,ayaqüstü məclislərin kütləviləşdirilməsi yaxşı olar.Nə Manaf Ağayev ekrana çıxıb var-dövlətini sərgiləyər,nə də şadlıq evlərinin sahibləri fahişəxanaların sayını artırar.İkincisi,qərarlar operativ qərargah vermir.Qərarlar ölkə rəhbəri tərəfindən verilir.

Amon 2021-03-02 10:22:48

Hec sende vetendasin sozunu deyenlerden deyilsen ay fazil qagaa.sadece o landsaft dizayneri axtaran sahibkar ya sen ozunsen yada yaxinin ve yaxudda sponsorun ona gore canfesanliq edirsen

Son yazılar