YAP-ın DEPUTATLARI QURULTAYDAN XƏBƏRSİZDİR - "Konfranslar keçirilməyib, pandemiyadır..."

"Mart ayının 5-də Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı olacağı barədə mediada gedən məlumatlar doğru deyil. Çünki qurultay keçirmək, bir günün, bir həftənin işi deyil, təşkilat daxilində nizamnaməyə uyğun olaraq hazırlıq getməlidir".

Bu sözləri "AzPolitika.info"-ya açıqlamasında YAP-dan millət vəkili Musa Quliyev bildirib. Deputat qeyd edib ki, partiyanın yerli təşkilatlarında konfranslar keçirilməyib. "Nizamnaməyə görə, əvvəlcə konfranslar keçirilməli, qurultay nümayəndələri seçilməlidir. Amma bu proses getməyibsə, qurultaydan necə danışmaq olar", - M.Quliyev vurğulayıb.

Millət vəkili daha sonra bildirib ki, pandemiya şəraitində də qurultayın keçirilməsi mümkün deyil: "Qaydalara görə toplaşmaq qadağandır, YAP kimi böyük partiyanın qurultayında yüzlərlə insan iştirak etməlidir, indiki halda bu mümkün deyil".

YAP-ın adının yazılmasını istəməyən digər bir millət vəkili də "AzPolitika.info"-ya bildirib ki, martın 5-də qurultay keçiriləcəyindən xəbərsizdir: "Belə bir məsələ olsaydı, bizim də məlumatımız olardı. Eyni zamanda partiyanın yerlərdə konfransları keçirilməyib. O zaman YAP-ın ali tədbirini necə keçirmək mümkündür, doğrusu inandırıcı deyil. Pandemiya vəziyyəti də bu cür böyük toplantıların keçirilməsinə imkan vermir. Onlayn qaydada qurultay olacağına da inanmıram".

Deputat YAP İdarə Heyətinin toplantı keçirib müəyyən qərarlar verəcəyini istisna etmir. Bildirir ki, qurultaya gedilməsi də bu qərarlardan biri ola bilər.

"AzPolitika.info"

635x100

Şərhlər

Roma 2021-03-02 15:28:56

Burada qoyulan bu şəklə baxmanda ürəyim ağrıyır. Belə ki, Abelnən, Əli Həsənov inandırım Sizi ki, sovet dönəmində KPSS, sonra müəyyən tərəddüdlər, Ulu Öndərin qayıdışından sonra tez-tələsik YAP-f üzv oldular, onlara yaxşı vəzifələr verilsədə Dövlətçiliyə xidmət etmədilər, oşəkilə baxa bilmirəm...

Vətəndaş 2021-03-02 12:24:40

...bir bəladır keüçiblər boğazımıza. Yoxsa Bunlardan qurtulmaq çətindir

Türk 2021-03-02 11:50:38

--------

Son yazılar