“Azərbaycan Yazıçılar Birliyinin qurultayı pandemiya bitən kimi keçiriləcək.”
Bunu APA-ya açıqlamasında Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.
O bildirib ki, pandemiya ilə əlaqədar 10 nəfərdən artıq yığışmağa icazə verilmir: “Yazıçılar Birliyi isə 10 nəfərlə qurultay keçirə bilməz”.
Qeyd edək ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 7 il əvvəl - 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.


Şərhlər
Onsuzda Səndə ziyalılıqdan əsər- əlamət qalmayıb. Nəbadə namizədliyini verəsən.
Onsuzda Səndə ziyalılıqdan əsər- əlamət qalmayıb. Nəbadə namizədliyini verəsən.
Son 30 ildə bu brliyin ölkəyə,ədəbiyyata,şeriyyata bir ciddi töhvəsi olubmu? Bu birlik və birliyə ayrılan vəsaot yalnız nar bəyə xidmət edib.Bu 30 ildə bir tanınmış şair.yazıçı ortaya çıxıbmı?Belə fəaliyyətsiz bilk ləv edilməlidir.Çünki o boyda Mədənoyyət Nazirliyi var.Onun kimi Rəssamlae birliyi və sair. fəaliyyətsiz qurumlar.
Ümumiyyətlə,belə bir qurum Azərbaycana lazımdırmı?Bu təşkilatdan sovet işğalının qoxusu gəlmirmi?İşğalçı tərəfindən müstəmləkə ölkəsində yaradılan,bədii qəhrəmanları çoban və fəhlələrdən ibarət olan,xalqı müstəmləkə boyunduruğöu altında saxlayan təıbliğat təşkilatının hələ də qalması xəcalət deyilmi?