AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXMA YENƏ ARTDI - Günün statistikası

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 2 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 235 014 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 982 nəfər müalicə olunaraq sağalıb, 3 225 nəfər vəfat edib. Hazırda 2 807 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 996, bu günə qədər isə ümumilikdə 2 610 880 test icra olunub.

635x100

Şərhlər

Vətəndaş 2021-03-02 18:08:47

Milləti soymaq üçün edirlər bu hoqqalari

Xalq 2021-03-02 15:43:25

metro işləsə yoluxmalar aşağı düşəcək! Yoluxmalar avtobuslardakı basabasdan qaynaqlanır!

t.ədalət 2021-03-02 14:37:54

Sayı məqsədə doğru artırırlar.Məlumdur ki,əhalini rahat yaşamağa qoymurlar.Karantin rejimi qalsa da müstəmləkə ölkələrində olduğu kimi heç kimə pul ödəmirlər.

Son yazılar