Dünyanın sonunu tufanmı gətirəcək?! - Papadan ismarıc!

Bundan əvvəl də dəfələrlə iqlim dəyişikliyi ilə mübarizənin aktuallığına diqqət çəkən Papa Fransisk, gələn həftə işıq üzü görəcək bir kitab üçün sensasıyalı müsahibə verib.

Belə ki, müsahibədə iqlimdəki kəskin dəyişiklikləri İncildə təsvir olunan Nuh Tufanı ilə müqayisə edərək, dünyanın sonunun yaxınlaşdığına işarə edib.

Onu da qeyd edək ki, İtaliyanın “Corriere della Sera” qəzetində "Papadan çağırış: İqlimə münasibətimizi dəyişməsək, daşqın olacaq" başlığı ilə kitabın bəzi hissələri paylaşılıb.

Xatırladaq ki, mətbuat konfransında siyasi məmurların iqlim dəyişikliyi ilə əlaqədar tədbirlər görməsinin nə üçün təxirə salındığı soruşulduğunda, Papa - "Niyə? Əhdi-Ətiqdəki bir cümlə ağlıma gəlir: İnsan axmaq, gözləri görməyən inadkardır. Eyni çuxura iki dəfə düşən tək heyvan insandır!", - deyə cavab vermişdi.

Güntəkin

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar