Hərbçilərin maaşlarına əlavələr bu ilin yanvar və fevral ayları üçün də ödəniləcək

Müdafiə nazirinin hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilməsinə dair əmri cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil ediləcək.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

İşğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına isə 50 faiz həcmində müddətli əlavələr təyin olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar