Menu

“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? – RƏSMİ AÇIQLAMA

02.03.2021, 22:13
“Azərişıq” və “Azəriqaz”da qiymətlər bahalaşır? – RƏSMİ AÇIQLAMA

Son günlər Azərbaycanda əsas müzakirə mövzusu qiymət artımları ilə bağlıdır. Sudan istifadəyə görə tariflərin dəyişməsinin və ödənişlərin artırılmasının elektrik enerjisi və mavi yanacağın da qiymətinə təsir edəcəyi barədə fikirlər yaranıb.

Məsələ ilə bağlı Qazet.az-a açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, hazırda qiymətdə dəyişiklik yoxdur.

"Azəriqaz" İB tarif tənzimlənməsini həyata keçirmir. Bu işə Tarif Şurası baxır. Məsələ Tarif Şurasının səlahiyyətləri daxilindədir", - deyə C.Səfərov qeyd edib.

İqtisadiyyat Nazirliyindən isə Qazet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Tarif Şurası qiymət tənzimlənmələrini qurumların müraciəti əsasında araşdıraraq qərar qəbul edir. Yəni, sözügedən qurumların müraciəti olacağı təqdirdə məsələyə baxıla bilər.

"Azərişıq" ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu da qiymət artımı ilə bağlı heç bir müraciətin edilmədiyini söyləyib.

Şərhlər

Qalib 2021-03-03 09:54:17

Narahat olmayın... Onsuz da artacaq..

t.ədalət 2021-03-02 22:39:57

Hamı bilir ki,yaxın vaxta qiymət artımı olacaq.Ölkənin iqtisadi tənəzzülü cərimələr və qiymət artımları ilə kompensasiya olunur.Avtobus və metroda gediş haqları da bahalaşmaya yaxınlaşır.Yanacaq bahalaşıbsa,deməli gediş qiyməti də artacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol