Menu

Sumqayıtda evə güclü partlayış baş verib

02.03.2021, 23:28
Sumqayıtda evə güclü partlayış baş verib

Sumqayıt şəhərində mənzillərin birində partlayış baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 6-cı mikrorayon, ev 27, mənzil 161-də baş verib. Belə ki, mənzilin vanna otağında qaz sızması güclü partlayışla müşayət olunub. Partlayışın gücündən mənzilin pəncərəli qırılıb, parçaları küçəyə dağılıb.

Müvafiq qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol