Menu

HESABLAMA PALATASI YOXLAMAĞA BAŞLAYIB... - 2 milyard manat haralara və necə xərclənib?

03.03.2021, 11:47
HESABLAMA PALATASI YOXLAMAĞA BAŞLAYIB... - 2 milyard manat haralara və necə xərclənib?

Azərbaycanda yeni növ koronavirus (COVID-19) şəraitinin yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilmiş geniş miqyaslı və əhatəli dəstək tədbirləri üçün icra edilmiş vəsaitlərin auditi aparılır.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov deyib ki, həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsi aktual məsələlərdən biridir. Bu baxımdan Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlər daxil edilib, hazırda artıq bu istiqamətdə nəzarət tədbiri həyata keçirilir.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1 milyard 985,6 milyon manat vəsait xərclənib.

Şərhlər

Oxucu 2021-03-04 16:01:49

Azpolitika sizdən xahiş edirik, Hakimliyə Test imtahan verənlərin topladıqları balı, namizədlərin

Mənbə 2021-03-04 12:07:39

.....Azərbaycan Xarici İşlər Nazilriyində Mammedyarovun dövründə baş vermiş iri cinayət hadisələrinə və irimiqiyaslı maliyyə firıldaqlarına dair Hesablama Palatasına anonim mənbədən göndərilmiş sübitlaır və mənbələri Gülməmmədov Mammadyarova "təhvil verib". Bəli-bəli, araşdırma aparmaq və prokurorluğa məlumat vermək əvəzinə, Məmmədyarova ötürüb. İndi beləsindən nə gözləyirsiniz?

Vetendaş 2021-03-04 00:28:01

bu palata atılmış yüzlərlə milyardları niyə hesblamır. ...

Vətəndaş 2021-03-03 16:30:42

Bu talanç məmurılar bizim axırımıza çıxacaqlar...

Veteran 2021-03-03 14:45:39

Bu qurumun başında duranlar 5-ci kolonun üzvüləridir. Bütün dünyada Səhiyyə nazirliyi özü görür.Bu qurum artıq miyarları xırıd edib.Nəticə isə sıfırdan aşağıdır.Qabaqdan yaz-yay gəlir cammatı yenə də dolduracaqlar 40 dərəcə istidə evlərə.Təcili bu quruma qarşı ciddi tədbirlər görülməli,onları korrupsiya əməllərinə görə cinayətə cəlb etmək vaxtı çatdı

Səməd 2021-03-03 11:51:49

Bu palatanın yoxlamaları elə boş əməliyyata cevrilib.Və ya rüşvət alıb,cüzi səhvlər göstərilən aktlar tərib edilir ki,onlar cəzalanmasınlar.Əslində isə hər yoxlama nəticələri (əgər aktlar doru tərtibedilsə məhkəmlik olarlar.klamsının nə mənası var?İcra hakimiyyətləri, nazirliklərdə yxlama nəticələri eŞ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol