Dünya bazarında neft bahalaşır

Neftin qiyməti OPEC+ toplantısı ərəfəsində çərşənbə günü səhər saatlarında davamlı artım nümayiş etdirir.

“Report” “Prime”a istinadən xəbər verdiyi xəbərə görə, bunu sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Bakı vaxtı ilə saat 08:51-ə olan məlumata görə, Şimal dənizindən hasil olunan “Brent” markalı neft qarışığının may fyuçerslərinin qiyməti 0,4% artaraq bir barel üçün 62,95 ABŞ dollarına, WTI markalı neftin aprel fyuçerslərinin dəyəri isə 0,28% artaraq 59,92 dollar/barelə çatıb.

İnvestorların əsas diqqəti martın 3-4-də keçiriləcək OPEC+ toplantısına yönəlib. Ticarət iştirakçıları koronavirusla əlaqədar vəziyyətin və yanacağa tələbatın yaxşılaşması ilə alyansın hansı qərarı verəcəyini gözləyirlər. Belə ki, çərşənbə günü OPEC+ Nazirlər Monitorinq Komitəsinin iclası keçiriləcək. Nümayəndə heyətlərindən birindəki mənbənin bildirdiyinə görə, görüş ərəfəsində OPEC+ ölkələrinin əksəriyyəti bazarda vəziyyətin düzəlməsi fonunda aprel ayından etibarən haslatı gündəlik 0,5 milyon barel artırma variantına meyl edirlər.

Bazardakı əhval-ruhiyyə də koronavirus pandemiyasının getdikcə azaldığına işarə edir. “Bloomberg” xəbər verir ki, bazar ertəsi ABŞ-da son dörd ayda ən az yoluxma qeydə alınıb.

Amerika Neft İnstitutunun (API) ABŞ-da xammal ehtiyatlarının gözlənilmədən artması barədə məlumatları da bazarlara güclü təsir göstərə bilməyib. Çünki ABŞ Energetika Nazirliyinin rəsmi məlumatlarına görə, ehtiyatlar mart ayından bəri minimuma enib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar