“Petkim”in xalis mənfəəti ötən il 14% artıb

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə şirkəti olan “Petkim”in əldə edilən maliyyə uğurlarında STAR Neft Emalı Zavodu ilə inteqrasiyalı istehsalın həyata keçirilməsi ilə yanaşı məhsuldarlıq və rəqəmsallaşma istiqamətində atılan addımların da böyük təsiri olub.

“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov bildirib.

A. Məmmədov qeyd edib ki, faiz və məzənnə riskləri ilə maliyyə vəsaitlərinin düzgün idarə olunması və əməliyyat xərclərinin optimallaşdırılması da əldə edilən nəticələrə müsbət təsir göstərib: “İstehsal prosesinin təkmilləşdirilməsi və effektiv xidmət proqramlarının icra olunması nəticəsində iş günlərimizin sayı maksimuma çatıb. Bu addımlar 2020-ci ildə xalis mənfəətimizin 14% artaraq 1,1 milyard türk lirəsinə (TL), əməliyyat gəlirliliyimizin isə 1,9 milyard TL-yə çatmasında mühüm rol oynayıb”.

Rəqəmsal tətbiq və sistemləri vasitəsilə əldə etdiyi Sənaye 4.0 standartı sayəsində 2020-ci ildə Dünya İqtisadi Forumunun (WEF) “Global Lighthouse Network” şəbəkəsinə Türkiyədən seçilən yeganə şirkət olan “Petkim”, bu gün Sənaye 4.0 texnologiyalarını istehsalatda uğurlu şəkildə tətbiq edən müəssisələr arasında möhkəm qərarlaşıb. 56 illik bilik və təcrübəsi ilə “Petkim” portfelinə daxil olan təxminən 60 növ neft-kimya məhsulu ilə plastik, kimya, qablaşdırma, boru, boya, inşaat, kənd təsərrüfatı, avtomobil, elektrik, elektron, tekstil sektorları ilə yanaşı dərman, yuyucu vasitə, kosmetik məhsullar sektoruna da inamla daxil olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar