Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədovun noyabrın 4-nə təyin edilən məhkəmə prosesi təxirə salınıb. Məlumatı “Media forum” saytına vəkil Süleyman Qasımov verib. O bildirib ki, zərərçəkmiş Pərviz Abbasov Nəsimi Rayon Məhkəməsinə gəlmədiyi üçün proses noyabrın 5-nə keçirilib.
Qurban Məmmədov iyunun 4-də yol hərəkəti qaydalarını pozma ittihamı ilə tutulub, sonradan ona ifadə verməkdən boyun qaçırmağa məcbur etmə ittihamı da irəli sürülüb.


Şərhlər