Menu

COVAX Gürcüstana yeni vaksin təklif edib

03.03.2021, 16:50
COVAX Gürcüstana yeni vaksin təklif edib

“COVAX platforması Gürcüstana yeni vaksin – ABŞ-ın “Novavax” preparatını almağı təklif edib”. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı istehsalçı şirkətlə danışıqlara artıq başlanılıb: “Dozaların sayı və Gürcüstana çatdırılma müddəti yaxın zamanlarda məlum olacaq”.

T.Qabuniya ölkədə vaksinasiya prosesinin mart ayından gec olmayaraq başlayacağını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol