Menu

Polad Həşimovun şərəfli həyat yolu - VİDEO

04.03.2021, 13:02
Polad Həşimovun şərəfli həyat yolu - VİDEO

"Arzuları çox idi. Dərslərini yaxşı oxuyurdu, hüquqa hazırlaşırdı. Tarix müəlliminin "Kişi o oğula deyərəm ki, hərbi məktəbə getsin" sözü onu fikrindən daşındırdı”.

Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun anası Səmayə Həşimova oğlu ilə bağlı xatirələri "Report"a bölüşüb.

Qeyd edək ki, P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. O, iyulun 15-də II Fəxri xiyabanda dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib.

Şərhlər

Xalq 2021-03-04 16:44:43

Allah rəhmət eləsin ana! Cənnət-məkan olsun şəhid Generalımız!

Eldəniz 2021-03-04 14:11:08

Allah Polad Həşimovun timsalında bütün şəhidlərimizə rəhmət eləsin.. Həqiqətən Polad Həşimov qəhrəmanlıq salnaməsi yazdı... Vətənin igid oğlu bütün Azərbaycan və Türkiyə səninlə fəxr edir ...Ruhun şad olsun cənab general...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol