MARTIN 15-dən SMS İCAZƏ SİSTEMİ BƏRPA EDİLİR? - Nazirlər Kabinetindən açıqlama

Koronavirusun yayılmasının qarşısını almaq üçün Operativ Qərargahın bayram günləri üçün bəzi məhdudlaşdırıcı tədbirlər görəcəyi barədə sosial şəbəkələrdə iddialar səsləndirilir.

Bildirilir ki, Novruz bayramında xüsusilə qonaq gedənlərin sayının çoxluğunu nəzərə alan qurum 15 martdan 28 marta qədər SMS-icazə sistemini bərpa edə bilər. Eyni zamanda, bayram günlərində rayonlara gediş-gəlişin qadağan edilməsinin də müzakirə edildiyi bildirilir.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, bu məsələlərlə bağlı hələlik heç bir rəsmi qərar yoxdur.

DİN-nin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov da bayramlarla əlaqədar qeyri-iş günü hesab edilən tarixlərdə rayonlara gediş-gəlişin qadağan edilməsi barədə hansısa bir tapşırıq verilmədiyini vurğulayıb: “Bununla bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. DİN icraedici qurumdur”.

635x100

Şərhlər

Vətəndaş 2021-03-07 07:17:33

Bu millət rayonlar ancaq pul ödəyib keçməlidir? Bir insanın rayonda kupçalı evi var, evinə istirahətə getmək istəiyr deyirlər ki olmaz niyə? Bu insan öz evinə gedir, qonaq getmir, niyə olmaz, ancaq pul verirsən onda keç. Lap Ərəbzəngi məsələsinə dönüb.

Düz Adam 2021-03-04 22:48:33

Bu SMS icazə ideyasını fikirləşib ortaya atan adam yəqinki dabanı ilə fikirləşir fikirləşir

Zanzibar 2021-03-04 20:13:04

Nehayet ki geldi yene bu SMS. Coxdan gozleyirdik, darixmshdig onuncun...

Sabir Mirzəyev 2021-03-04 18:36:32

İnsanları az qalıb butulkaya soxsunlar.Nə Qərargahda.nə TƏBİB-də bi ciddi,ağılla düşünən yoxdur.Bu qədər məhdudiyyət sağlam adanlrı da xəstə edib....

Vətəndaş 2021-03-04 17:23:47

SMS dünyanın başqa bir ölkəsində varmı? Varsa hansı ölkədir? Bizi bu qədər sıxmaqla nə etmək fikrindəsiniz? Bu qədər də olmaz

Son yazılar