HAKİM PARTİYANIN QURULTAY SÜRPRİZİ... - Bir sıra partiyalar YAP-a birləşmək qərarı verdi + ADLAR

Yeni Azərbaycan Partiyasının (YAP) sabah keçiriləcək qurultayında partiyanın rəhbərliyində ciddi dəyişikliklərin olacağı gözlənilir. Bu dəyişiklik hakim partiyanın rəhbərliyinə yalnız gənclərin cəlb edilməsi, qocaların yola salınması ilə bağlı olmayacaq. 

Belə ki, qurultaydan öncə və qurultay zamanı bir sıra partiyaların YAP birləşdirilməsi ilə bağlı qərar verilib. Şübhə doğurmur ki, YAP-a birləşmə qərarı verən partiyaların rəhbərləri də hakim partiyanın vitrinində təmsil olunacaq. Bu isə YAP Siyasi Şurasında və İdarə Heyətində ciddi dəyişikliklərin olacağını, cəmiyyətdə mənfi imicə malik "köhnə" YAP-çıların partiyanın rəhbər strukturlarından uzaqlıraşdırılacağını gözləməyə əsas verir. 

Artıq YAP birləşmək qərarı verən partiyaların adları da məlumdur. Hətta onlardan biri qərarını bu gün açıqlayıb.

Belə ki, bu gün V qurultayını keçirən Milli Qurtuluş Partiyası (MQP) da YAP-a birləşmək haqda qərar qəbul edib. 

Partiyadan "AzPolitika.info"ya göndərilən məlumatda bildirilir ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay onlayn formada baş tutub. Şəhidlərimizin, partiyanın ilk başqanı, Milli Azadlıq Hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkinin xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilən qurultayda partiya başqanı Vüqar Orucun və Mərkəzi Nəzarət-Təftiş Komissiyası sədrinin fəaliyyət hesabatları dinlənilib. 

Partiya başqanı Vüqar Oruc partiyanın fəaliyyətinə xitam verilməsi və kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təşəbbüsü ilə çıxış edib və məsələ gündəliyə daxil edilib.

Məsələ səsə qoyulub və partiya üzvləri yekdilliklə Milli Qurtuluş Partiyasının kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar qəbul ediblər" -deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, musavat.com-un məlumatına görə,  daha 4 partiya sabahkı qurultaya Yeni Azərbaycan Partiyasına qoşulacaq.

Onlar aşağıdakılardır:

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,

- Azərbaycan Kəndli Partiyası sədri Məmməd Məmmədov,

- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan.

- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.

Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.

Azərbaycan Demokratik Sahibkarlar Partiyasının sədri Qasım Qasımov məlumatı təsdiqləyib: "Partiyamız Yeni Azərbaycan Partiyasına qoşulmaq-birləşmək barədə qərar verib. Bu barədə yazılan xəbərlər doğrudur”.

Qasım Qasımov hakimiyyət partiyasına birləşmək barədə qərarı martın 2-də rəsmən qəbul etdiklərini bildirib.

Onun sözlərinə görə, YAP-a birləşmək qərarına Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra gəliblər: “Çox böyük əziyyət hesabına başa gəlmiş milli həmrəyliyin qorunması naminə, qələbələrimizi möhkəmlətmək işində cənab Prezidentimizə hakim partiyanın üzvü olaraq dəstək vermək üçün bu qərarı vermişik. Belə bir qərar verəcəyimizlə bağlı YAP-la danışıq aparmamışıq. Martın 1-də keçiriləcək qurultaya partiya sədri olaraq dəvət olunmuşam. Yəqin ki, qərarımızı da qurultayda rəsmi təqdim edəcəyəm və məsələyə YAP-ın qurultayı baxacaq”.

Q.Qasımov deyib ki, YAP-a birləşəcəkləri halda hakim partiyada hansısa vəzifədə təmsil olunub-olunmayacağını söyləmək hələ ki, tezdir.

Yeni Azərbaycan Partiyasına qoşulmaq qərarına gələn Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxan da xəbəri təsdiqləyib: “Dövlətimiz, xalqımız üçün mənim nəzərdə tutduğum bir sıra mühüm məsələlər, həllini gözləyən ideyalar var ki, onların həyata keçirilməsinə mütləq dövlət səviyyəsində aparılan işlə nail olmaq mümkündür. Bunun üçün də, xüsusilə mən Vətən müharibəsindən sonra qərara gəldim ki, partiyamız hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasına qoşulsun. Biz də hakimiyyətdə olan partiyanın təmsilçisi kimi həmin vacib ideyaların reallaşması işində iştirak edək. Dövləti güclü dövlət etməliyik. Mən digər partiyalara da bununla bağlı müraciət edəcəyəm. Hamımız birləşməli, dövləti gücləndirməliyik. Ölkədə çoxlu sayda partiyanın olmasındansa üç-dörd güclü partiya fəaliyyət göstərməlidir”.

R.Turabxan məlumat verib ki, partiyasının rəhbər strukturları bu qərarı qəbul ediblər.

Partiya sədri Yeni Azərbaycan Partiyasının qurultayına dəvət aldığını da bildirib: “Martın 4-də keçirəcəkləri qurultaya dəvət edilmişəm. Ola bilsin ki, qərarımızı qurultayda açıqlayacağıq. Biz tərəfdən bu məsələdə problem yoxdur”.

Elman

AzPolitika.info

635x100

Şərhlər

Cəmşid Dərələyəzli 2021-03-05 09:55:12

Adı və qovlüğundan başqa arxasında heç bir dəstəyi olmayan, bəzi partiyaların YAP birləşməsinin heç bir önəmi yoxdur. Yap-nın da heç buna ehtiyacı yoxdur. Sadəcə olsa-olsa bu yenə YAP İcra katibi Əli Əhmədovun köhnə şakərindən qaynaqlanır. Qaldı ki, bir neçə gündü bu xəbər mətbuata sızdıqdan sonra bəzi YAP funksionerləri və “deputatları” bu xəbərdən təşvişə düşüb, bunun Nizamnamə ilə qısa vaxtda mümkün olmadığını və hətda onların bundan xəbərlərinin olmamasını əndişə ilə dilə gətirirlər. Amma anlamırlar ki, onların dedikləri forsmajor olmayan dövrlərə hesablanıb. İndiki Pandemiyya və müharibə vəziyyətində Ölkə Başçısının, yəni Partiyanın sədri cənab İlham Əliyevin tam haqqıdır ki, bunu mövcud şərtlərıə keçirsin. Çünki, YAP nin indiki icra aparatı və xüsusən də Əli Əhmədov (onun mərkəızi aparata təyin etdiyi aparat rəhbəri Mahir Abbasəliyev də daxil) başda olmaqla YAP-da olan digər uzun ömürlü “məhşurlarla” ölkədə köklü islahatları aparmaq mümkün olmur. Bu baxımdan da ilk növbədə YAP -da islahatlar aparılımalı (bunu islahatların ilk dövründə də səsləndirirdik ki. Kadr islahatıar YAP-dan başladılmalıdır) sonra ən yaxın zamanda, heç olmazsa bu ilin sonuna yaxın indik yarıtmaz Parlament buraxılmalı, konistitutsiyada dəyişiliklər edib, yeni seçgilərə və refenduma gedib, sitem dəyişiklinə nail olmaq lazımdır. O sistem ki, Ölkə Başçısı özü belə indiki sitemin artıq köhnəldiyini bir zad özü belə dilə gətirmişdir.. Bu dövrün yox, deyərdik ki, artıq günün tələbidir.

Agasef Qedirov 2021-03-05 02:01:53

Bu partiyaların adını birinci dəfədir eşidirəm.

Dövlətini sevən 2021-03-04 23:24:18

YAP hörmətdən salan yerində olmayan Nazirlər, Komitə rəhbərləri və icra Hakimiyyətləridir....

t.ədalət 2021-03-04 22:58:20

Məncə Vətəndaş Həmrəyliyio Partiyasının da burda yeri görünür..

.EJDER 2021-03-04 22:41:10

SAQ KECIRMEYESINIZ,...

Cefer Memmedov 2021-03-04 20:49:40

Daha bundan sonra yap- kürəyi yerə gəlməz. Zarafat deyil, san - şöhrəti dünyanın qulağını mazol etmiş bu adları əcaib partiyalar, kimin yanında dursalar, şübhəsiz xalq öz səsini, küyünü ona verəcək. ....

Zanzibar 2021-03-04 20:09:12

Bes supurgüciler partiyasi yoxdur Azerbaijanda?

Səməd 2021-03-04 19:41:01

Tarixi nadiri yarıya qədər oxumuşam amma bu partiyaların adına ilk dəfə rast gelirem

t.ədalət 2021-03-04 19:08:39

Bu partiyalar elə başdan quyruq partiyaları olublar....

Xalq 2021-03-04 19:07:27

əcəbdi

miri 2021-03-04 18:17:06

Adı olub, bir sədri və qohumlarinin adları yazılmış partiya ilqarın rəhbərlərinə mandat paylandı. Indi adı olub tək partiya sədri olan partiyaciliqardan nə YAP alcaqlar?ında

Vətəndaş 2021-03-04 17:33:50

Belə getsə rüşvətxor yetişdirən partiya bizim axırımıza çıxacaq

Veteran 2021-03-04 17:30:32

Mən belə partiyaların olmasını 1-ci dəfədir eşidirəm.

Mahir 2021-03-04 17:25:12

Sahibkarlar partiyası Zeynal Nağdəliyevlə rəhbərliyi ilə zatən iqtidardadir və 7-8 nazir və 35 İH başçılarının çoxu bu partiyanın üzvləridir.Və YAP-in nüfuzdan salanlar elə həmin adamlardır ki YAP- a soxulublar.Yap-a qoşulan digər partiyaların isə çəkisinin 50 üzvü ola ya olmaya.Nufuzlari isə hamıya gün kimi bəllidir..

Mubariz 2021-03-04 17:15:49

kabab iyi gəlir ..... .Utanmasan oynamağa nə var....

Eldəniz 2021-03-04 17:02:03

Məncə bura Fəzail Ağamalınin Ana Vətən Partiyasının qatılması daha məqbul olardi

Son yazılar