KORPUS KOMANDANI GENERAL OSMAN ERBAŞ VƏ 11 HƏRBÇİ ŞƏHİD OLDU - Türkiyəni və Azərbaycanı yasa boğan qəza + VİDEO

Türkiyədəki helikopter qəzasında ölənlərin sayı artıb. “Anadolu” Agentliyinin məlumatına görə, hadisə nəticəsində yaralanan hərbçilərdən daha biri xəstəxanada vəfat edib.

Bununla da, qəza sonrası ölənlərin sayı 11-ə çatıb. Hazırda iki hərbçinin xəstəxanada yaralı halda olduğu bildirilir.

Qeyd edək ki, qəzada şəhid olanlar arasında Türkiyə Quru Qoşunlarının 8-ci korpusunun komandanı general Osman Erbaş da var.

Mərhum generalın Türkiyədə hərbi PUA sənayesinin inkişafında xüsusi xidmətləri olduğu bildirilir. Bu barədə, məşhur zərbə PUA-larının yaradıcısı Səlcuk Bayraqdar özünün “Twitter” səhifəsində yazıb. Qəzanın səbəbləri hələ ki, açıqlanmayıb.

Korpus generalı olan Osman Erbaş Türkiyə ordusunun ən rəşadətli komandanlarından biri hesab edilirdi. Onun tezliklə ordu generalı rütbəsi alacağı gözlənilirdi.


Xatırladaq ki, Türkiyənin Tatvan ilçəsinin Çəkməcə kəndi yaxınlığında ölkənin silahlı qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus vertolyotun Bitlis bölgəsinin Tatvan rayonunda, dağlıq ərazilərdə qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərin sayı 10-a çatıb. 4 hərbi personal yaralıdır. Türkiyənin Müdafiə Nazirliyi özünün Twitter hesabından bu barədə bildirib.

Vertolyot Nemrut dağı ətəklərində düşüb. Hadisə barədə xəbər alınan kimi çoxlu sayda təcili tibbi yardım maşınları və təhlükəsizlik qüvvələrinin bölmələri bölgəyə hərəkət edib. Müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi, ordu generalı Yaşar Gülər də vertolyotla bölgəyə yola düşüb.

“Bingöldən Tatvana getmək üçün bu gün saat 13.55-də hava qalxan, Quru Qoşunları Komandanlığına aid “Cougar” tipli vertolyotla əlaqə 14.25-də kəsilib. Bölgədə pilotsuz təyyarələrin, CN-235 nəqliyyat təyyarəsinin və bir vertolyotın da iştirakı ilə axtarış əməliyyatları dərhal başladılıb. Axtarış əməliyyatları nəticəsində vertolyotun qəzaya uğradığı müəyyən edilib. 

Qəza nəticəsində vertolyotda olan qəhrəman silahdaşlarımızdan 10-nun şəhid olduğu, 3 qəhrəman silahdaşımızın isə yaralandığı müəyyən olunub”,-Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Prezident Rəcəb Tayyib Ərdoğan vertolyot qəzası ilə bağlı müdafiə nazirindən məlumat alıb, xalqa başsağlığı mesajı ilə çıxış edib.

Hadisə yerinə ilk çatan yerli sakinlərdən biri olub. Həmin sakin yaralı hərbçilərə ilk yardım göstərib. Şahid deyib: “Vertolyotun düşdüyünü bilmədik, amma səsdən şübhələndik. Motor nasazlığı kimi səs eşitdik. Bir müddət sonra uşaqlar vertolyotun düşdüyünü dedilər. Yuxarıya tərəf getdik. Şəhidlər vardı, 4 yaralı da vardı. Birinin yaxınlığına getdim, başı vertolyotun altında qalmışdı, ağzına qar dolmuşdu. Nəfəs ala bilməsi üçün qarı təmizlədim. Özünə gəldi. “Yaxşıyam” dedi. Dərhal qarı təmizləməyə başladım, əllərim yara oldu, qarı təmizləyib yaralı hərbçini çıxardım. Sonra o biri hərbçiyə tərəf getdim, pencəyimi çıxardım üstünə sərdim...”

635x100

Şərhlər

Mirzə Qafarlı 2021-03-05 08:45:38

Allah şəhidlərə rəhmət eləsin, yaralılara şəfa versin. Qardaş Türkiyə başın sağ olsun.

Vətəndaş 2021-03-05 08:08:17

ALLAH RƏHMƏT ELƏSİN TÜRK QARDAŞIARIMIZS

Anar Əhmədov 2021-03-05 07:22:43

Qardaş Türkiyə xalqına və şəhid hərbçilərin ailələrinə başsağlığı verir, Allahdan rəhmət diləyirik! Məkanları cənnət olsun Qəhrəman şəhid qardaşlarımızın. Amin!!!

RT 2021-03-05 07:16:59

Allah rehmet elesin )))

JFK 2021-03-05 01:40:54

Allah Rehmet Elesin, Turk Milletinin bashi sag olsun!

Eli 2021-03-05 00:09:57

Allah hamımıza sebr senr versin Allah rehmet elesin Mekanları Cennet olsun!

Xalq 2021-03-05 00:07:55

Allah rəhmət eləsin!

Son yazılar