Menu

Bu gün YAP-ın növbədənkənar qurultayı keçiriləcək

05.03.2021, 00:38
Bu gün YAP-ın növbədənkənar qurultayı keçiriləcək

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı keçiriləcək. “Report”un xəbərinə görə, bu, YAP-ın VII qurultayıdır.

Qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir

Şərhlər

Cəmşid Dərələyəzli 2021-03-05 10:12:44

Bir neçə gündü bu xəbər mətbuata sızdıqdan sonra bəzi YAP funksionerləri və “deputatları” bu xəbərdən təşvişə düşüb, bunun Nizamnamə ilə qısa vaxtda mümkün olmadığını və hətda onların bundan xəbərlərinin olmamasını əndişə ilə dilə gətirirlər. Amma anlamırlar ki, onların dedikləri forsmajor olmayan dövrlərə hesablanıb. İndiki Pandemiyya və müharibə vəziyyətində Ölkə Başçısının, yəni Partiyanın sədri cənab İlham Əliyevin tam haqqıdır ki, bunu mövcud şərtlərıə keçirsin. Çünki, YAP nin indiki icra aparatı və xüsusən də Əli Əhmədov (onun mərkəızi aparata təyin etdiyi aparat rəhbəri Mahir Abbasəliyev də daxil) başda olmaqla YAP-da olan digər uzun ömürlü “məhşurlarla” ölkədə köklü islahatları aparmaq mümkün olmur. Bu baxımdan da ilk növbədə YAP -da islahatlar aparılımalı (bunu islahatların ilk dövründə də səsləndirirdik ki. Kadr islahatıar YAP-dan başladılmalıdır) sonra ən yaxın zamanda, heç olmazsa bu ilin sonuna yaxın indik yarıtmaz Parlament buraxılmalı, konistitutsiyada dəyişiliklər edib, yeni seçgilərə və refenduma gedib, sitem dəyişiklinə nail olmaq lazımdır. O sistem ki, Ölkə Başçısı özü belə indiki sitemin artıq köhnəldiyini bir zad özü belə dilə gətirmişdir.. Bu dövrün yox, deyərdik ki, artıq günün tələbidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol