“Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun rəmzidir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Bir həyatı xilas edən bütün dünyanı xilas edir”, - o, “Şindlerin siyahısı” filmindən sitat gətirib.


Şərhlər
Vətənimizin ağır günlərində bizim yanımızda olan İsrailin dostluq və qardaşlıq dəstəyini hər zaman xatırlayacağıq. Yəhudi xalqına minnətdarıq.
İsrail dövləti və xalqı ən çətin vaxtlarımızda belə Azərbaycan xalqına dəstəyini əsirgəməyib və hər zaman bizimlə birlikdə olub. Bu baxımdan dost və qardaş yəhudi xalqına minnətdarlığımızı bildiririk.