Menu

Vəfat edən ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan örnək addım

05.03.2021, 12:45
Vəfat edən ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan örnək addım

İsraildən olan yaşlı qadın vəfat edən ərinin gözünü əlil Azərbaycan əsgərinə bağışlayıb. Musavat.com xəbər verir ki, bu barədə Xabad-Or-Avner təhsil mərkəzinin direktoru Zamir İsayev məlumat verib.

O deyib: "Doktor İşay maraqlı bir əhvalat danışdı: Demək, israilli bir qadın rəhmətə getmiş həyat yoldaşının göz buynuzcuqlarını xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib. İndi əsgərimiz məhz bunun sayəsində işıq üzü görüb. Qeyd edim ki, İsrailin səhiyyə naziri, orqanı (göz) İsrail hüdudlarından çıxarmaq üçün xüsusi icazə verib"

Onu da qeyd edək ki, İsrailin Səhiyyə Nazirliyi (Misrad xa-Briyut) gözün buynuz qişasının ölkə sərhədindən çıxarılaraq Azərbaycana aparılması üçün icazə vermişdi.

Bakıda əməliyyat aparılıb və həmin gözun buynuz qişası uğurla transplantasiya olunub.

Əməliyyatı israilli cərrahlar gerçəkləşdiriblər.

Şərhlər

vətəndaş 2021-03-05 17:43:58

İsrailli xanım ölmüş ərinin gözünü verib, sağ olsun. Bizim nazirlər də toçnu belə edir: gözünü verər, amma yediyi milyonları qaytarmaz.

Xalq 2021-03-05 17:10:12

İsrailli xanıma da, İsrailli həkimlərə, Ümumiyyətlə bütün İsrail xalqına Azərbaycan xalqı adından dərin təşəkkürümüzü bildiririk! Çox Sağ Olun!

Anar Əhmədov 2021-03-05 15:52:40

Vətənimizin ağır günlərində bizim yanımızda olan İsrailin dostluq və qardaşlıq dəstəyini hər zaman xatırlayacağıq. Yəhudi xalqına minnətdarıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol