Menu

Gürcüstana ilk vaksin partiyası martın 22-də çatdırılacaq

05.03.2021, 18:52
Gürcüstana ilk vaksin partiyası martın 22-də çatdırılacaq

Gürcüstana koronavirusa qarşı "Pfizer" vaksininin martın 22-də çatdırılacağı gözlənilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun sözlərinə görə, həmin peyvəndlə vaksinasiyaya martın sonuna yaxın başlanılacaq.

Nazir müavini "AstraZeneca" peyvəndinin ölkəyə may ayının sonunda tədarük olunacağını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol