Menu

Dünyanın ilk kosmik oteli... - FOTOLAR

06.03.2021, 12:07
Dünyanın ilk kosmik oteli... - FOTOLAR

Hələ 2019-cu ildə Kaliforniya şirkəti "Gateway Foundation" tərəfindən bir gün Yer atmosferinin üzərində üzə bilən gəmi tipli bir otel yaradılacağı elan olunmuşdu.

Artıq 2027-ci ildə tikintisinin başa çatdırılacağı planlaşdırılan və “Voyager Station” adlandırılan otel yeni bir tikinti şirkəti olan "Orbital Assembly Corporation" tərəfindən inşa ediləcək. Qeyd edək ki, bu şirkət "Gateway Foundation"-a rəhbərlik edən keçmiş pilot John Blincow tərəfindən idarə olunur.

Blincow bu yaxınlarda "CNN Travele"-ə verdiyi müsahibəsində, otelin açılışı ilə bağlı “Gəlir, sürətlə gəlir” sözləri ilə dünyanın kosmik səyahətlərın qızıl dövrünə yaxınlaşdığını qeyd edib.

Xatırladaq ki, inşası 2025-ci ildə yekunlaşacağı elan olunan otelin inşası koronavirus pandemiyası səbəbilə 2027-ci ilə qədər uzadıldı. 

Otel xarici halqa ilə daxili halqanı bir-birinin ətrafında fırladaraq, süni cazibə yaratmaq üçün nəzərdə tutulub. 400 nəfərlik otel, mətbəx, restoran və kinoteatrdan ibarətdir.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol