Menu

Xarici diplomatlar və hərbi attaşelər Füzulinin Merdinli kəndində olublar

06.03.2021, 11:36
Xarici diplomatlar və hərbi attaşelər Füzulinin Merdinli kəndində olublar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 6-da ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil edilib. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin qədim yurd yerlərimizdə törətdiyi vəhşiliklər və cinayət əməlləri ilə tanış olmaqdır.

"Report" xəbər verir ki, diplomatları və hərbi attaşeləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev və başqaları müşayiət edirlər.

Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad olunmuş Füzuli rayonunun Merdinli kəndinə gəlib, buradakı məscidin hazırki vəziyyəti ilə tanış olublar.

Erməni vəhşiliyi barədə məlumat verən Prezidentin köməkçisi Hikmət Hacıyev qeyd edib ki, bədnam qonşularımızın törətdiyi vəhşiliklərin ən bariz nümunələrindən biri də Merdinli məscididir. Belə ki, ermənilər bu məscidi tövlə kimi istifadə edərək, nəinki Azərbaycan xalqının, eləcə də bütün müsəlmanların dini hisslərini təhqir ediblər.

Şərhlər

Eli 2021-03-06 11:54:53

Qurani Kerimde deyilir ki biz bizden qabaq gelen bütün müqeddes Semavi Kitabları ,Peyğemberleri ve Dinleri qebul ve tesdiq edirik.İndi bu vandal ve vehşi ermeniler ve onları müdafie edenler açsınlar gözlerini baxsınlar: dünyanın haradında başqa dinlere sitayiş edenlerin müqeddes ocaqlarına bunlar kimi hörmetdizlik edilib- axı mesvid de, sinaqoq da kilse de Allaha ibadet ediken ve Onun evi sayılır .Bele yere bu mğnasibeti gösterenleri dünya nece ve hansı haqqla müdafie edir.Axı bu Allahsızlıqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol