Menu

Ölkədə gənclər arasında narkotik istifadəçiləri artır!

16.10.2014, 13:02

abazu_zahlestnula_dezomorfinovaya_narkomaniya_thumb_fed_photoBaş Prokurorluğun əməkdaşı: "Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasının narahatlıq doğurur"

“Narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Ən acınacaqlı və haqlı narahatlıq doğuran isə gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır”.

APA-nın məlumatına görə, bu, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Seyidəli Mejdunovun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabat xarakterli məqalədə əksini tapıb.

Məqalədə 2012-2013-cü illər üzrə statistik məlumatların təhlili də aparılıb. Statistik məlumatların müqayisəli təhlilindən aydın olub ki, 2013-cü ildə 2012-ci ilə nisbətən narkotik vasitələrin qanunsuz satışı ilə bağlı 35 hadisə azalıb, saxlama ilə bağlı 114 hadisə, əkinlə bağlı 35 hadisə, digər cinayətlərlə bağlı isə 10 hadisə çoxalıb.

Baş Prokurorluq hesab edir ki, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin bütün zümrələri, ayrı-ayrı şəxslər fərdi və birgə mübarizə aparmalı, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqe tutmalıdır: "Narkomanlıq kimi dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir, qorxuludur. Çünki narkomaniya cinayətkarlığa, zorakılığa və korrupsiyaya rəvac verir, immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, ömürləri yarımçıq bitirir, cəmiyyəti sosial partlayışlara gətirib çıxarır. Bunun üçün də ağ ölüm adlandırılan bu təhlükəli bəlaya qarşı mübarizə hamının, hər kəsin başlıca vəzifəsinə çevrilməli, cəmiyyətin hər bir üzvünün birgə fəaliyyət obyekti olmalıdır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol